SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Yağış, şimşək, duman – SABAHIN HAVASI
24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
24 Avqust 2026
Əsas/Prezident/Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
Prezident

Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...

Xəbərsiz Media
13 İyul 2026

Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur.

“Xəbərsiz” APA-ya istinadla xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.

“Xoşbəxtlikdən Azərbaycanın nə mövcud, nə də potensial daxili riskləri yoxdur. Bütün risklər sərhədlərimizin kənarında formalaşır. Siyasi xarakterli risklər çox cüzidir. İdeoloji təxribatlarla bağlı riskləri də ciddi hesab etmirik. Çünki indiyədək belə cəhdlər çox olub, amma onların heç biri uğur qazanmayıb. Azərbaycan dövləti və cəmiyyəti Konstitusiyamızda təsbit olunmuş prinsiplərə sarsılmaz şəkildə sadiqdir. Fiziki təhlükələr isə əlbəttə ki, mövcuddur. Müasir müharibələrin xarakterini nəzərə alsaq, bu gün demək olar ki, heç bir ölkə özünü tam təhlükəsiz hesab edə bilməz. Xüsusilə də iki müharibə aparan dövlət arasında yerləşən bir ölkə üçün əsas təhlükə məhz budur. Üstəlik, həmin müharibələrin həm gedişi, həm də sonrakı nəticələri tamamilə proqnozlaşdırıla bilməz. Müharibənin özü böyük faciədir. Ancaq uzun sürən müharibə də az təhlükəli deyil. Müharibədən sonrakı dövrdə ölkələrin hansı vəziyyətdə olacağı, yaranmış problemləri necə həll edəcəyi əvvəlcədən bilinmir. Ona görə də bizim üçün əsas risk Azərbaycanı hansısa avantüralara cəlb olunmaq cəhdləridir. Əvvəllər belə cəhdlər əsasən siyasi xarakter daşıyırdı. Biz onlardan uğurla yayına bildik və nəticədə həmin cəhdlər demək olar ki, dayandı”, – dövlət başçısı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, indi isə bu təhlükələr daha ciddi və daha təhlükəli xarakter alıb:

“Amma özümüzü qorumağa öyrəşmişik. Birləşmiş təzyiqlərə qarşı mübarizə aparmağa da öyrəşmişik. Təhlükəsizliyimizi, sərhədlərimizi və müxtəlif təhdidlərə qarşı müdafiə sistemimizi gücləndirmək 2003-cü ildən etibarən mənim əsas fəaliyyət istiqamətlərimdən biridir. Gücüm çatdığı müddətdə də bunu davam etdirəcəyəm. Bu proses heç vaxt başa çatmayacaq. Ötən il artıq rahat nəfəs almağın mümkün olub-olmadığını müzakirə edirdik. Belə bir imkan olmayacaq. Hətta 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra da biz bir an belə dayanmadıq. Nə dincəlməyə, nə də uzun müddət bayram etməyə vaxtımız oldu. Çünki elə bayram etmək olar ki, sonra hər şeyi əldən verəsən. Biz dərhal növbəti mərhələyə hazırlaşmağa başladıq. 2023-cü ildən sonra isə Azərbaycana qarşı açıq təhdidlər və sanksiya cəhdləri başladı. Biz o vaxtdan bu günə qədər müxtəlif cəbhələrdə həmin təzyiqlərə qarşı mübarizə aparırıq. Yeri gəlmişkən, bir az əvvəl “orta güc” anlayışının meyarlarından danışarkən bir məqamı unutmuşdum. Onlardan biri də eyni vaxtda bir çox cəbhədə müqavimət göstərə bilmək bacarığıdır. Mən bizim vəziyyəti başqa münaqişələrlə müqayisə etmək istəmirəm. Adətən hansısa ölkəni bir qrup dövlət dəstəkləyir, digər qrup isə ona qarşı çıxır. Bizim vəziyyət isə tam fərqli idi. Biz fiziki deyil, siyasi və diplomatik müstəvidə eyni vaxtda bir çox istiqamətdə müdafiə olunmalı idik. Bu proses bu gün də davam edir. Ona görə də sakit həyat olmayacaq. Heç kim buna ümid etməsin”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 Avqust 2026
Yağış, şimşək, duman – SABAHIN HAVASI
Hərbi24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
Hadisə24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
Elm və təhsil24 Avqust 2026
DİM təkrar qəbul elan etdi
Siyasət24 Avqust 2026
Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Manşet23 Avqust 2026

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

Manşet23 Avqust 2026

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edildi

Manşet23 Avqust 2026

Prezidentlə xanımı Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydular

Maraqlı22 Avqust 2026

Bakıya uçmalı olan təyyarələr havaya QALXA BİLMİR

Həmçinin oxu

Gündəm

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

No Comment
125 baxış
Manşet

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

No Comment
122 baxış
Manşet

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edildi

No Comment
100 baxış
Manşet

Prezidentlə xanımı Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydular

No Comment
118 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2195
Dünya 1271
Elm və təhsil 378
Gündəm 1282

Bütün müəllif hüquqları qorunur - 2026