İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
İmişli rayonunda keçirilən toy mərasimində ölüm hadisəsi baş verib.
“Xəbərsiz” xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhəri Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.
Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı səhhətinin qəfil pisləşməsi səbəbindən ölüb. Onun ürəktutmadan vəfat etdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin






No Comment! Be the first one.