SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Yağış, şimşək, duman – SABAHIN HAVASI
24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
24 Avqust 2026
Əsas/Gündəm/Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq
Gündəm

Ticarət mərkəzləri, restoranlar bağlanacaq, obyektlər boşalacaq

Xəbərsiz Media
20 Avqust 2026

Bakıda son dövrlər fəaliyyətini dayandıran restoran, kafe və mağazaların sayı diqqət çəkir. Xüsusilə bəzi obyektlərin üzərində “bağlanırıq”, “bağlanır” kimi elanların yerləşdirilməsi, geyim mağazalarında isə məhsulların “mağaza bağlandığı üçün” endirimlə satışa çıxarılması diqqətdən yayınmır.
Cəmiyyətdə bu vəziyyət əsasən iqtisadi çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi və biznes xərclərinin artması ilə əlaqələndirilir.

Bəs obyektlərin bağlanmasının əsas səbəbləri nələrdir?

“Xəbərsiz” xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Fuad İbrahimov xüsusilə yaşayış binalarının altında fəaliyyət göstərən kafe və restoranların özünəməxsus problemləri olduğunu bildirib.

“Belə obyektlər, xüsusilə mikrorayonlarda və yaşayış binalarının altında yerləşən kafelər yay aylarında müəyyən çətinliklərlə üzləşirlər. Çünki insanlar əvvəlki kimi bu məkanlara üz tutmurlar. Digər tərəfdən, belə obyektlərin açılması zamanı biznesin institusional və peşəkar tərəfləri də nəzərə alınmalıdır. Bəzən insanlar qonşuluqdakı restoranın yaxşı işlədiyini, gəlir əldə etdiyini görür və düşünür ki, özü də restoran açsın. Lakin biznesin mahiyyətini və idarəetmə prinsiplərini bilmədən bu sahəyə daxil olmaq düzgün deyil. Obyekt uğursuz yerdə yerləşə bilər. Amma onu idarə edən şəxs peşəkar menecerdirsə, dünyanın müxtəlif yerlərindən müştəri cəlb edə bilər. Bu baxımdan, təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan obyektlərin bağlanması müəyyən mənada təbii prosesdir”, – deyə o qeyd edib.

İqtisadçının sözlərinə görə, bu sahəyə daxil olan sahibkarların bir qismi biznesin idarə olunması ilə bağlı kifayət qədər təcrübəyə malik deyil:
“İşini bacaran da, bacarmayan da biznesə başlayır. İnsanlar görürlər ki, hansısa sahə gəlirlidir və həmin biznesə daxil olurlar. Bir müddət fəaliyyət göstərir, obyektə təmir qoyur, vəsait xərcləyirlər. Lakin sonda həm təmirə yatırılan pul, həm də obyektin özü sahibkarın əlində qala bilir. Çünki biznesi idarə etmək mümkün olmur.

Digər tərəfdən, pandemiyadan sonra istehlak davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur. Əhalinin xərcləri artır. Ərzaq məhsullarının qiymətləri, müxtəlif xidmət və ödənişlər, telefon, dərman, müalicə və digər xərclər ailə büdcəsinə əlavə yük yaradır. Bu amillərin hər biri vətəndaşın ümumi xərclərini artırır”.

F.İbrahimov qeyd edib ki, ayrı-ayrılıqda böyük görünməyən xərclər ümumilikdə ailə büdcəsinə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, bəzən restoranların dolu olduğunu görüb düşünürlər ki, insanların maddi vəziyyəti yaxşıdır:

“Əslində isə bu, bütün əhalini əks etdirmir. Restoranlara gedən müəyyən bir kateqoriya var və eyni insanlar müxtəlif məkanlarda müştəri kimi görünürlər. Əhalinin, məsələn, 10 faizi müəyyən restoranlara gedirsə, bu, bütün əhalinin vəziyyətinin yaxşı olması demək deyil. Belə şəraitdə təsadüfi şəkildə açılan və peşəkar idarəetmədən uzaq olan bizneslər fəaliyyətlərini davam etdirməkdə çətinlik çəkirlər. Çünki obyekt sahibinin müştərisinin olub-olmaması icarəyə verən şəxsi maraqlandırmır. İcarə haqqı tələb olunur. Bu isə biznes üçün əlavə maliyyə yükü yaradır”.
İqtisadçı mağazaların “bağlanırıq, hər şey ucuz satılır” tipli elanlarına da münasibət bildirib:

“Burada ticarət fəndlərindən istifadə edənlər də var. Məsələn, mağaza bağlanır və “hər şey qiymətindən ucuz satılır”, “yarı qiymətinə verilir” kimi elanlar paylaşılır. Bu məlumat istər-istəməz insanlarda maraq yaradır. Lakin bir çox hallarda bu, sadəcə ticarət fəndidir”.
Fuad İbrahimov elektron ticarət platformalarının inkişafı səbəbindən Bakı şəhərinin müxtəlif yerlərində yerləşən bir sıra obyektlərin gələcəkdə fəaliyyətini dayandıracağını düşünür. Ekspert bildirib ki, maksimum 10 ildən sonra bir çox obyektlərin fəaliyyətini dayandırdığını görəcəyik:
“Çünki onların əvvəlki formada fəaliyyət göstərməsi iqtisadi baxımdan sərfəli olmayacaq. İnsanlar tədricən anbarlara və evlərə çəkiləcək, həmin məkanların bir hissəsi şourum kimi istifadə olunacaq və məhsullar oradan təqdim ediləcək. Bakı şəhərinin qeyri-yaşayış əmlakı bazarında müəyyən boşluqların yaranmasının səbəblərindən biri də budur”.

Ekspert bildirib ki, ənənəvi ticarətin zəifləməsi yalnız Azərbaycana xas proses deyil:

“Bu prosesi Avropanın bir çox ölkələri də yaşayır. Məsələn, paltaryuyan maşın və ya soyuducu almaq üçün mağazaya gedərək onlarla məhsula baxmaq ənənəsi əvvəlki qədər geniş yayılmayıb. İnsan məhsulun şəklinə, texniki göstəricilərinə, ölçülərinə baxır, evində uyğun olub-olmadığını müəyyənləşdirir və sifariş verir. Bizdə də bu proses davam edəcək”.

F.İbrahimov restoran sektorunda da müəyyən dəyişikliklərin baş verəcəyini istisna etməyib. Bununla belə, onun sözlərinə görə, hər bir obyektin bağlanmasını həmin sahədə tələbin olmaması ilə əlaqələndirmək doğru deyil:

“Məsələn, həftədə dörd dəfə restorana gedən şəxs bunu bir və ya iki dəfəyə endirir. Çünki insanların başqa və daha böyük xərcləri, problemləri var. Bütün bunlarla yanaşı, proseslərin dövlət nəzarətinin gücləndirildiyi bir mühitdə baş verdiyini də nəzərə almaq lazımdır”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət24 Avqust 2026
Yağış, şimşək, duman – SABAHIN HAVASI
Hərbi24 Avqust 2026
Hərbi xidmətlə bağlı vacib açıqlama – RƏSMİ
Hadisə24 Avqust 2026
İmişlidə toyda faciə – 25 yaşlı oğlan qəfil öldü
Elm və təhsil24 Avqust 2026
DİM təkrar qəbul elan etdi
Siyasət24 Avqust 2026
Paşinyan Naxçıvanın adını çəkdi – Rusiyaya müraciət etdi
Gündəm23 Avqust 2026

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

Manşet23 Avqust 2026

Prezidentlər və xanımları birgə foto çəkdirdilər

Manşet23 Avqust 2026

Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edildi

Manşet23 Avqust 2026

Prezidentlə xanımı Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoydular

Maraqlı22 Avqust 2026

Bakıya uçmalı olan təyyarələr havaya QALXA BİLMİR

Həmçinin oxu

Gündəm

Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu - FOTOLAR

No Comment
113 baxış
Gündəm

“Bu kəndlər Ermənistan ərazisi deyil”

No Comment
471 baxış
Gündəm

Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya

No Comment
278 baxış
Gündəm

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirildi

No Comment
22 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Əliyevlə Mirziyoyevin təkbətək görüşü oldu – FOTOLAR
“Bu kəndlər Ermənistan ərazisi deyil”
Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya
İqtisadiyyat
Mərkəzi Bank açıqladı: Dolları olanların diqqətinə!
AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR
İş sistemi dəyişir: “Çevik iş rejimi” nə deməkdir?

Bölmələr üzrə

Baxış bucağı 813
Cəmiyyət 2195
Dünya 1271
Elm və təhsil 378
Gündəm 1282

Bütün müəllif hüquqları qorunur - 2026