SON DƏQİQƏ! Bakıda sərnişin avtobusu yanır – VİDEO
Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili
“Arzum” məhkəmə zalından HƏBS EDİLDİ
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
XƏBƏRDARLIQ! – Leysan yağacaq, dolu düşəcək
12 Sentyabr 2026
Ukrayna bu yaşayış məntəqəsini itirdi
12 Sentyabr 2026
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
12 Sentyabr 2026
Əsas/Dünya/Deputat: Diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə şahidlik edirlər
DünyaSiyasət

Deputat: Diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə şahidlik edirlər

Xəbərsiz Media
12 Sentyabr 2026

“Azərbaycan dövləti öz ərazilərini erməni işğalından azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirilir. 30 illik işğal dövründə həmin ərazilər tamamilə dağıdılıb, əsl vandalizm həyata keçirilib. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə sentyabrın 11-də də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfəri başlayıb. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir. Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi və Şuşa şəhərlərində, Ağdərə və Kəlbəcər rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və inkişaf prosesi çərçivəsində reallaşdırılan sosial və iqtisadi infrastruktur layihələri, eləcə də tarixi-mədəni irs nümunələrinin mövcud vəziyyəti, onların qorunması və bərpası istiqamətində görülən tədbirlərlə tanış olurlar. Bu, diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə 2020-ci ildən etibarən sayca 22-ci səfəridir.

Millət vəkilinin fikrincə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da mühüm əhəmiyyətə malikdir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu addımdır. 44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

“Bu gün isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də şahidlik edirlər. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr barədə məlumatlar əldə ediblər. Bütövlükdə, diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır”,- deyə Samir Vəliyev vurğulayıb.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hava12 Sentyabr 2026

XƏBƏRDARLIQ! - Leysan yağacaq, dolu düşəcək

Dünya12 Sentyabr 2026
Ukrayna bu yaşayış məntəqəsini itirdi
Cəmiyyət12 Sentyabr 2026
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
Dünya12 Sentyabr 2026
Rusiyada təyyarə evin bağçasına düşdü – Ölənlər va
Cəmiyyət12 Sentyabr 2026
Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir
Baxış bucağı12 Sentyabr 2026

Paşinyan Ermənistanı xilas edə biləcək? - Putinlə görüş həlledici olacaq

Cəmiyyət12 Sentyabr 2026
Gecə yatarkən bunu etməyin – Ürəyiniz üçün təhlükəli ola bilər
Cəmiyyət12 Sentyabr 2026
Hər evdə var, amma bu təsirini çoxları bilmir
Cəmiyyət12 Sentyabr 2026
Ayın 13-də 33 dərəcə isti olacaq – Proqnoz
Dünya12 Sentyabr 2026
Sinoptikdən anomal isti qış xəbərdarlığı

Həmçinin oxu

Dünya

Ukrayna bu yaşayış məntəqəsini itirdi

No Comment
12 baxış
Dünya

Rusiyada təyyarə evin bağçasına düşdü – Ölənlər va

No Comment
13 baxış
Baxış bucağı

Paşinyan Ermənistanı xilas edə biləcək? - Putinlə görüş həlledici olacaq

No Comment
8 baxış
Dünya

Sinoptikdən anomal isti qış xəbərdarlığı

No Comment
7 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Ukrayna bu yaşayış məntəqəsini itirdi
Polislər 2 avtomat, 7 tüfəng aşkarladılar
Birinci sinfə gecikən uşaqlar üçün elektron qəbul prosesi yenidən aktivləşir
İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
Azərbaycan nefti BAHALAŞDI

Bölmələr üzrə

Baxış bucağı 814
Cəmiyyət 2471
Dünya 1430
Elm və təhsil 389
Gündəm 1715

Bütün müəllif hüquqları qorunur - 2026