Rusiya ordusu Ukraynanın Donetsk bölgəsinin Veseloye yaşayış məntəqəsini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin məlumatına görə, yaşayış məntəqəsi “Mərkəz” qrupunun döyüşçülərinin qətiyyətli fəaliyyəti sayəsində ələ keçirilib.
Məlumatda o da qeyd olunub ki, “Mərkəz” qrupunun əməliyyat zonasında üç mexanikləşdirilmiş briqadanın, Ukrayna Silahlı Qüvvələrinin (VSU) hücum alayının və dörd Milli Qvardiya briqadasının şəxsi heyəti və texnikası sıradan çıxarılıb: “Düşmən 460-dan çox hərbçisini, üç radioelektron mübarizə stansiyasını və digər texnikasını itirib”.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





