Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
SON DƏQİQƏ! Ruslan Eyyubovdan xəbər var
Ebola ilə bağlı TƏHLÜKƏLİ VƏZİYYƏT
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Sabah Məhərrəm ayı başlayır
15 İyun 2026
Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər
15 İyun 2026
Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti – TƏHLİL
15 İyun 2026
Əsas/Elm və təhsil/“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb
Elm və təhsil

“Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qalibləri mükafatlandırılıb

Xəbərsiz Media
17 Dekabr 2025

Dekabrın 17-də Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan “Elm və təhsil obyektivdə” foto-video müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə Elm və Təhsil Nazirliyinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəsmiləri, millət vəkilləri, müsabiqənin münsiflər heyətinin üzvləri, media qurumlarının rəhbərləri, müsabiqə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Tədbirdən öncə müsabiqə çərçivəsində seçilmiş foto və video işlərdən ibarət sərgi ilə tanışlıq olub.

Tədbir çərçivəsində həmçinin müsabiqənin münsiflər heyətinin sədri, ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərmiş Rafiq Bağırovun müəllifi olduğu “Heydər Əliyev və təhsil” mövzusunda foto gușə təqdim edilib. Guşədə ulu öndər Heydər Əliyevin müxtəlif təhsil müəssisələrində şagird və tələbələrlə birlikdə çəkilmiş 30-a yaxın fotosu nümayiş etdirilib.

Mükafatlandırma mərasimində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamlayaraq foto və videonun yaddaşı və tarixi yaşadan mühüm vasitə olduqlarını qeyd edib. Nazir müavini bildirib ki, foto yalnız görüntü deyil, eyni zamanda insanlara emosiyaları və hissləri ötürən güclü bir vasitədir. Firudin Qurbanov foto sənətinin inkişaf mərhələlərinə toxunaraq bu sahənin sürətlə rəqəmsal mərhələyə keçdiyini deyib.

Nazir müavini tədbir çərçivəsində ulu öndərə həsr olunmuş foto guşənin təqdim edilməsinin xüsusi məna daşıdığını bildirib, Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Firudin Qurbanov əsası ulu öndər tərəfindən qoyulan təhsil siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Çıxışının sonunda nazir müavini qalibləri təbrik edib, müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürünü bildirib.

Millət vəkili Elçin Mirzəbəyli çıxışında foto və video sənətinin tarixi yaşadan və gələcək nəsillərə ötürən mühüm vasitə olduğunu qeyd edib. Azərbaycan xalqının gələcəyinin elm və təhsillə sıx bağlı olduğunu vurğulayan millət vəkili bu kimi müsabiqələrin fotoqrafiya və fotoqalereya sənətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Çıxışının sonunda isə müsabiqə qaliblərini təbrik edib, iştirakçılara uğurlar arzulayıb.

Müsabiqənin münsiflər heyətinin sədri Rafiq Bağırov Elm və Təhsil Nazirliyi tərəfindən belə bir müsabiqənin təşkil edilməsini yüksək qiymətləndirərək təşəkkürünü bildirib. O, ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı kimi fəaliyyət göstərdiyi dövrlərlə bağlı xatirələrini bölüşərək həmin illərin tarixi və mənəvi əhəmiyyətindən bəhs edib.

Rafiq Bağırov bu cür müsabiqələrin foto, video sənətinin inkişafına və tarixi yaddaşın qorunmasına mühüm töhfə verdiyini vurğulayıb, gələcəkdə də hər kəsi bu tip təşəbbüslərdə fəal iştiraka çağırıb. Çıxışının sonunda müsabiqənin təşkilinə görə Elm və Təhsil Nazirliyinə bir daha təşəkkürünü ifadə edib.

Çıxışlarda müsabiqənin elm və təhsil sahəsində baş verən proseslərin vizual ifadəsinin təşviqi, eləcə də yaradıcı şəxslərin və media nümayəndələrinin bu sahədə fəal iştirakının artırılması baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra qaliblərə diplom və mükafatlar təqdim edilib. Foto kateqoriyası üzrə ilk üç yerin qaliblərinə diplomlar, ən yaxşı beş işin müəlliflərinə isə həvəsləndirici sertifikatlar təqdim olunub. Video kateqoriyası üzrə ilk üç yerin qalibləri diplomlarla təltif edilib. Digər iştirakçılara müsabiqədə iştiraklarına dair sertifikatlar verilib.

Qeyd edilib ki, foto və video məzmun olmaqla iki kateqoriya üzrə keçirilən müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak ediblər. Müsabiqəyə ümumilikdə 100-ə yaxın müraciət daxil olub, 245 iş qəbul edilib. Qəbul olunan işlərdən 10-u video, 235-i isə foto materiallardır. Müsabiqə qaydalarına uyğun olaraq texniki meyarlara cavab verən 25 iş münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunub.

Müsabiqənin əsas məqsədi elm və təhsil prosesində maraqlı tərəflərin iştirakının artırılması, aktual mövzulara fərqli baxış bucaqlarından yanaşılmaqla keyfiyyətli və yaradıcı vizual məzmunun formalaşdırılmasını təşviq etmək olub.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Cəmiyyət15 İyun 2026

Sabah Məhərrəm ayı başlayır 

Elm və təhsil15 İyun 2026

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

Baxış bucağı15 İyun 2026

Heydər Əliyev və 15 iyunun tarixi əhəmiyyəti - TƏHLİL 

Baxış bucağı15 İyun 2026

Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti

Cəmiyyət15 İyun 2026

Azərbaycanda maaş və pensiyalar YENİ QAYDADA ÖDƏNİLƏCƏK

Gündəm15 İyun 2026

Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş

Dünya15 İyun 2026

Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?

Mədəniyyət15 İyun 2026

Flora Kərimova ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Dünya15 İyun 2026

Hava limanında saxlanılan Koçaryanın ölkədən çıxışına qadağa qoyuldu

Dünya15 İyun 2026

SON DƏQİQƏ! Netanyahu Trampın sülh bağlı tələbini RƏDD ETDİ

Həmçinin oxu

Elm və təhsil

Məzunların çıxışı yarımçıq qaldı: Direktordan şikayətçidirlər

No Comment
100 baxış
Elm və təhsil

Bu müəllimlərin MAAŞI ARTACAQ

No Comment
1.5K baxış
Elm və təhsil

DİM iyunun 14-də imtahan keçirəcək

No Comment
51 baxış
Baxış bucağı

3 nömrəli məktəbdə qalmaqal: Summativ üçün pul yığılır?

No Comment
577 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Mahsun Kırmızıgül Bakıya onun oğlunun toyuna gəlibmiş
Mbappe Fransa prezidentliyinə namizəd OLACAQ?
Bakıda inqilabi dəyişikliyə hazırlıq gedir – Görünməmiş yenilik olacaq
İqtisadiyyat
Dollar almaq istəyənlərin nəzərinə
Azərbaycan neftinin qiyməti artdı
Kirayə mənzillər bahalaşacaq – SƏBƏB

Bölmələr üzrə

Baxış bucağı 798
Cəmiyyət 2003
Dünya 1100
Elm və təhsil 322
Gündəm 1140

Bütün müəllif hüquqları qorunur - 2026