Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

“Qarabağ”la oyunda “Ayntraxt”a UEFA-dan QADAĞA

Reklam728 × 90

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan “Ayntraxt” klubunun azarkeşlərinə qadağa tətbiq edib.

“Xəbərsiz” xəbər verir ki, almaniyalı fanatlara Bakıda Azərbaycan təmsilçisinə qarşı keçiriləcək oyunda bilet satılmayacaq.

Frankfurt təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda dəstəksiz qalacaq.

Buna səbəb isə onların ötən tur “Barselona” ilə keçirilən səfər matçında priotexniki vasitələrdən istifadə etməsidir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-i saat 21:45-də keçiriləcək.

Reklam728 × 90