SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Media/Azərbaycanda 3 televiziyanın, 1 radionun yayımı dayandırılacaq
Media

Azərbaycanda 3 televiziyanın, 1 radionun yayımı dayandırılacaq

Xəbərsiz Media
09 Yanvar 2026

9 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının cari il üçün ilk iclası keçirilmişdir. İclasda müxtəlif məsələlər müzakirə olunub.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

İlk olaraq “Azercell Telekom” MMC-nin audiovizual media fəaliyyəti üçün lisenziyaların verilməsi ilə bağlı müraciətinə baxılıb. Təqdim olunmuş sənədlərin və iqtisadi əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın nəticələri əsasında Audiovizual Şura xidmət adı “Kinon” olmaqla “Azercell Telekom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.

Bundan sonra, iclasda “Neftçi TV” kanalının fəaliyyəti müzakirə olunub. Qeyd olunub ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən “Neftçi TV” kanalı ilə bağlı Audiovizual Şura tərəfindən “Neftçi Media” MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub. Nəticədə “Neftçi Media” MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura “Neftçi TV” kanalı üçün “Neftçi Media” MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.

İclasda, daha sonra, keçən ilin sonlarında bir sıra televiziya və radio kanallarında baş vermiş reklam qanunvericiliyinin pozulması halları nəzərdən keçirilib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları araşdırmalar, müvafiq orqanlara göndərilən sorğulara cavablar nəticəsində pozuntular təsbit olunub və Şura üzvlərinin yekdilliklə qəbul etdikləri qərarlara əsasən həmin yayımçılara 3 saatlıq yayımın dayandırılması sanksiyası tətbiq olunub:

14 noyabr 2025-ci il tarixdə “Dünya TV” kanalında yayımlanan “Alo doktor” proqramı zamanı reklam materialında bəzi müalicə üsullarının peşəkar səviyyədə yalnız reklam olunan tibb müəssisəsində mövcudluğu barədə yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 21.00-dan saat 24.00-dək “Dünya TV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

27 noyabr 2025-ci il tarixdə “MTV” kanalında yayımlanan “Çıxış yolu” proqramı zamanı reklam materialında bütün xəstəliklərin təbii üsulla müalicəsinin yalnız reklam olunan tibb müəssisəsində mümkün olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilmiş və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulmuşdur. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 15.00-dan saat 18.00-dək “MTV” televiziya kanalının yayımı 3 saatlıq dayandırılacaq.

3 dekabr 2025-ci il tarixdə, “Space FM” radio kanalının efirində yayımlanan “Radio diaqnoz” proqramında həkimə aid reklam zamanı həmin həkimin №1 olması haqqında yanlış məlumatlar təqdim olunaraq haqsız reklama yol verilib və “Reklam haqqında” Qanunun 6-cı maddəsinin tələbləri pozulub. Audiovizual Şuranın qərarı ilə 15 yanvar 2026-cı il tarixdə saat 18.00-dan saat 21.00-dək “Space FM” radio kanalının yayımı 3 saatlıq dayandırılacaq.

İclasda, ən son, keçən ilin 25 dekabr tarixində “Space TV” kanalında yayımlanan “Gəl, danış” proqramında aparıcının çıxışı müzakirə olunub. Şura üzvlərinin ümumi fikrinə əsasən yayım zamanı aparıcı tərəfindən mənşə ayrı-seçkiliyi təbliğ olunub və “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin tələbləri pozulub. “Space TV” kanalına bu istiqamətdə (ayrı-seçkiliyin təbliği hallarına yol verilməsi) keçən il ərzində xəbərdarlıq elan olunduğu nəzərə alınaraq Audiovizual Şura bu dəfə “Space TV” televiziya kanalının yayımının 14 yanvar 2026-cı il tarixdə saat 12:00-dan saat 15:00-dək 3 saatlıq dayandırılması barədə qərar verib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
20 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
96 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026