Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Metroda yükə görə əlavə ÖDƏNİŞ OLUNACAQ

Reklam728 × 90

Bakı Metropolitenində müəyyən ölçüdən böyük əl yükləri ilə səyahət edən sərnişinlər üçün əlavə ödəniş nəzərdə tutulur.

“Xəbərsiz” Metbuat.az -a istinadla xəbər verir ki, bu qayda Nazirlər Kabinetinin qərarına əsaslanır.

Qaydalara görə, ölçülərinin cəmi 121 santimetrdən 200 santimetrə qədər olan əl yükləri, eləcə də yalnız uzunluğu 151 santimetrdən 220 santimetrədək olan uzun əşyalar metroda daşına bilər, lakin bu halda əlavə gediş haqqı ödənilməlidir. Göstərilən hədlərdən artıq ölçüyə malik əşyaların isə metroya gətirilməsinə icazə verilmir.

Qeyd edək ki, gündəlik istifadə üçün nəzərdə tutulan kiçik çantalar və normal ölçülü əl yükləri üçün əlavə ödəniş tələb olunmur.

Reklam728 × 90