Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Bu uşaq yemində çirkləndirici aşkarlanıb – RƏSMİ

Reklam728 × 90

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

Bu barədə “Xəbərsiz”ə AQTA-dan məlumat verilib.

Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Reklam728 × 90