27.02.2026 / 9:11
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 6°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Ana Səhifə Elm və təhsil

Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı...

Xəbərsiz Media Xəbərsiz Media
24.02.2026 / 13:54
Elm və təhsil
A A

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Universitetinə illik təxminən 82 min ABŞ dolları dəyərində təhsil paketindən 72 min dollar təqaüd qazanan ilk azərbaycanlı – Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürova təəssüratını bölüşüb.

“Xəbərsiz” Oxu.az-a istinadən xəbər verir ki, Nilufər Şükürova NYU Şanxay Universitetinə müraciəti dövlət dəstəyi olmadan etdiyini bildirib.

O qeyd edib ki, bütün sənədləri və müraciət prosesini məktəbin direktoru və sinif rəhbərinin yönləndirməsi, eləcə də tədris mərkəzinin köməyi sayəsində həyata keçirib:

“Əvvəla, qeyd edim ki, soyadım bir çox yerdə səhv yazılıb. Hüseynli yox, Şükürovadır. Universitetlərin müraciət üçün vahid onlayn platforması var. Həmin portal üzərindən qeydiyyatdan keçərək tələb olunan məlumatları, esse və digər sənədləri təqdim etmişəm. İmtahan nəticələri də sistemə əlavə olunub. ABŞ universitetlərində qəbul zamanı məktəbdəki nailiyyətlər və direktorun tövsiyə məktubu mühüm rol oynayır.

Qəbul xəbəri axşam saatlarında gəldi. Elektron məktub vasitəsilə şəxsi portalımda yenilik olduğu bildirildi. Açığı, qəbul olunacağıma ümidim var idi, amma bu məbləğdə təqaüd qazanacağımı gözləmirdim. Portala daxil olanda böyük şok yaşadım. Bir neçə dəfə nəticəyə baxdım ki, səhv görmürəm.

SAT imtahanında 1 600-dən 1 460 bal toplamışdım. IELTS üzrə göstəricim 9 bal üzərindən 8-dir. Bundan əlavə, ABŞ universitetləri dərsdənkənar fəaliyyətlərə xüsusi önəm verir. Mən də bu istiqamətdə aktiv olmuşam. Məktəb direktorunun dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin marketinq üzrə assistent professoru ilə birgə elmi məqalə yazmışam. Həmin professorun köməyi ilə bəzi şirkətlərdə təcrübə proqramlarında iştirak etmişəm. Düşünürəm ki, bu fəaliyyətlər qəbul nəticəsinə müsbət təsir göstərib”.

N.Şükürova bildirib ki, ailəsi qəbul xəbərini böyük sevinclə qarşılayıb:

“Qəbul olunma ehtimalını düşünürdük, lakin bu səviyyədə təqaüd gözləmirdik. Ona görə də hamımız üçün gözlənilməz və çox sevindirici oldu. Kənd məktəbindən Çinə getmək asan deyil. Kənd məktəbində oxuyan bir şagird kimi, bu nəticə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Əldə etdiyim nailiyyətin istər Azərbaycanda, istərsə də xaricdə təhsil almaq istəyən azərbaycanlı şagirdlərə nümunə olmasını arzulayıram. Bunun üçün hər kəs özünə inanmalı və arzularını həyata keçirmək üçün intizamla çalışmalıdır. Bu uğurda məktəb rəhbərliyinin və müəllimlərimin böyük dəstəyi olub. Xüsusilə direktorun dəstəyini qeyd etməliyəm. Bu nəticəni təkbaşına əldə etməmişəm.

Uğurumda üç əsas amil rol oynayıb: birincisi, öz istəyim və bu istəyi reallaşdırmaq üçün davamlı çalışmağım; ikincisi, valideynlərimin yönləndirməsi və dəstəyi; üçüncüsü isə təhsil müddətim boyunca məni daim oxumağa həvəsləndirən, düzgün istiqamətə yönəldən və köməyini əsirgəməyən müəllimlərimdir”.

N.Şükürova təqaüd məbləği ilə bağlı məqama da aydınlıq gətirib:

“Universitetin illik təhsil haqqı 69 000 ABŞ dollarıdır. Kampus yataqxanası üçün illik 6 000 dollar, tibbi sığorta üçün 5 500 dollar, dərs vəsaitləri üçün isə təxminən 1 500 dollar nəzərdə tutulur. Ümumilikdə bir illik təhsil xərci təxminən 82 000 ABŞ dolları təşkil edir.

Universitet tərəfindən mənə illik 72 000 ABŞ dolları məbləğində təqaüd ayrılıb. Qalan xərclər ailəm tərəfindən qarşılanacaq. Təhsil müddəti dörd ildir və təqaüd hər il tətbiq olunacaq”.

O əlavə edib ki, NYU uzun illərdir arzuladığı universitet olub:

“Məlumat üçün qeyd edim ki, ABŞ Prezidenti Donald Trampın oğlu Nyu-York Universitetinin Vaşinqton filialında təhsil alır. Mənim qəbul olunduğum isə Nyu-York Universitetinin Şanxay filialıdır. Universitetin digər filialları da var, o cümlədən Əbu-Dabidə.

İxtisasım interaktiv media və biznesdir. Şanxay filialında təhsil alacağam və burada Çin dili də tədris olunur. Çin və Azərbaycanın müxtəlif istiqamətlərdə əlaqələri çox yaxşıdır, təhsildə də həmçinin. Çin hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir və hesab edirəm ki, bu mühit mənim gələcək inkişafım üçün böyük imkanlar yaradacaq. Gələcəkdə elmi fəaliyyətlə məşğul olmaq istərdim. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıtmağı düşünürəm. Planlarım universitetdəki təhsil prosesindən asılı olaraq daha da dəqiqləşəcək.

İngilis dilini bilirəm, fransız dilini isə müəyyən səviyyədə mənimsəmişəm. Şanxayda təhsil aldığım müddətdə Çin dilini də öyrənməyə başlayacağam”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

BDU-da böyük tikinti - 10 milyon ayrıldı
Elm və təhsil

BDU-da böyük tikinti - 10 milyon ayrıldı

Fevral 26, 2026
DİM imtahan tarixini AÇIQLADI
Elm və təhsil

DİM imtahan tarixini AÇIQLADI

Fevral 26, 2026
BSU ilə ADNSU birgə layihələrə başlayır - FOTOLAR
Elm və təhsil

BSU ilə ADNSU birgə layihələrə başlayır - FOTOLAR

Fevral 25, 2026
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır
Elm və təhsil

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Fevral 25, 2026
Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək
Elm və təhsil

Diplom və attestatlarla bağlı vacib dəyişiklik: Əvvəlki kimi verilməyəcək

Fevral 24, 2026
Nazirlikdən şagirdlərə XOŞ xəbər
Elm və təhsil

Nazirlikdən şagirdlərə XOŞ xəbər

Fevral 24, 2026

XƏBƏR LENTİ

Sükut dəqiqəsi...

Sükut dəqiqəsi...

26 Fevral, 26 / 17:08
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

26 Fevral, 26 / 16:14
Prezident və ailəsi açılışında iştirak etdi

Prezident və ailəsi açılışında iştirak etdi

26 Fevral, 26 / 15:49
AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi

26 Fevral, 26 / 15:11
Ronaldo İspaniya klubunun səhmlərini aldı

Ronaldo İspaniya klubunun səhmlərini aldı

26 Fevral, 26 / 14:24
Bu yolda avtobus zolağı ləğv edildi

Bu yolda avtobus zolağı ləğv edildi

26 Fevral, 26 / 14:14
Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

26 Fevral, 26 / 14:12
“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

26 Fevral, 26 / 12:59
MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

26 Fevral, 26 / 12:49
Fevralın 27-də havanın temperaturu dəyişəcək

Fevralın 27-də havanın temperaturu dəyişəcək

26 Fevral, 26 / 12:40
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026