Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Ağcabədidə güclü YANĞIN – FOTO

Reklam728 × 90

Ağcabədidə 4 otaqlı ev yanıb.

“Xəbərsiz” Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Yanğın qəsəbə sakini Solmaz Namazovaya məxsus evdə baş verib. Hadisə nəticəsində evin 3 otağı əşyaları ilə birlikdə yanaraq kül olub.

Hadisə yerinə FHN-in yerli şöbəsinin əməkdaşları cəlb olunub.

Yanğına elektrik xəttində baş verən qısaqapanmanın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Reklam728 × 90