Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Əməliyyat keçirildi – 7 nəfər saxlanıldı

Reklam728 × 90

Abşeronda saxlanılan şəxslərdən 16 kiloqram narkotik vasitə aşkarlanıb

“Xəbərsiz” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbirlər zamanı saxlanılan əvvəllər məhkum olunmuş Orxan Əliyevdən 3 kq 700 qram heroin və metamfetamin, Elçin Mehdiyevdən 5 kq 843 qram marixuana, heroin, metamfetamin, eləcə də 100 ədəd metadon həbi, Emil Abdullayevdən 2 kq 150 qram heroin, Gülzadə Əliyevadan 2 kq 200 qram heroin və metamfetamin, Mehdi Rzayev, Qahir Qarayev və Pərvanə Səfərovadan isə ümumilikdə 2 kq 763 qram marixuana, heroin və metamfetamin aşkarlanıb.

Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Araşdırmalar davam etdirilir.

Reklam728 × 90