Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu aya aid ödənişlərinin mayın 20-dən gec olmayaraq həyata keçirilməsi nəzərdə tutulur.
“Xəbərsiz” kredit.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu üzrə pensiyaların ödənişi isə mayın 14-də həyata keçiriləcək.
Qurumdan qeyd olunub ki, ödənişlər müəyyən edilmiş qrafikə uyğun şəkildə mərhələli şəkildə təmin edilir.

















