“Bakı Metropoliteni” QSC bu ilin aprel ayında 20 510 029 sərnişinə xidmət edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb
Bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,11 % çoxdur.
Məlumata görə, aprelin lideri “Koroğlu” stansiyası olub. Ay ərzində stansiyanın 1 824 773 istifadəçisi olub.
Bu ilin ilk 4 ayı üzrə ən çox sərnişin daşınan 3 günün 2-si məhz aprelə təsadüf edir. Belə ki, 3 aprel – 819 536, 18 fevral – 818 376, 2 aprel – 802 283 sərnişin səfər edib.
Bundan başqa, NFC ilə ödənişlərdə artım davam edir. Belə ki, aprel ayında 8 057 376 nəfər bu ödəniş vasitəsindən istifadə edib. Bu, ümümi ödənişli sərnişinlərin 40,3 %-ni təşkil edir.
Ötən ay “Əlçatan metro” xidmətindən istifadə edənlərin sayı artıb və 236 sifariş həyata keçirilib. Bu göstərici ötən ilin eyni ayına nəzərən 35,6 % daha çox olub.

















