Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Reklam728 × 90

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan Baş nazir Nikol Paşinyanın müxalifət parlament seçkilərində qalib gələcəyi təqdirdə Azərbaycanla yeni müharibə barədə xəbərdarlığını məntiqli adlandırıb.

“Xəbərsiz” Teleqraf-a istinadla xəbər verir ki, bu barədə o, parlamentdə müxalif deputatların müvafiq suallarını cavablandırarkən bildirib.

“Baş nazirin dediklərinin əsas məqsədi ondan ibarətdir ki, əgər seçkiqabağı dövrdə seçki iştirakçıları sülhün əsaslarını şübhə altına alsalar, bu, prosesi poza bilər”, – o qeyd edib.

Reklam728 × 90