09.05.2026 / 23:23
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 18°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
SON DƏQİQƏ! Prezidentdən SƏRT QƏRAR•Sənət qalası, yoxsa bayağılığın səhnəsi? – OPERA STUDİYASI BU GÜN… – VİDEO•Yağışlara təslim olan Bakı: Nə etməliyik?•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi
Ana Səhifə Elm və təhsil

BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib

Xəbərsiz Media Xəbərsiz Media
09.05.2026 / 15:03
Elm və təhsil
A A

 

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Yeni dövrün Azərbaycanı” beynəlxalq elmi konfransı keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, filologiya elmləri doktoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mahirə Hüseynova, millət vəkili Rizvan Nəbiyev və Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BSU-nun rektoru Anar Nağıyev çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi və dövlətçilik irsinin öyrənilməsinin müasir Azərbaycan üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor qeyd edib ki, konfrans uzun illərdir Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin elmi əsaslarla tədqiqinə xidmət edir və 2024-cü ildən etibarən “Yeni dövrün Azərbaycanı” şüarı altında fəaliyyətini davam etdirir.

A. Nağıyev bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanın yeni inkişaf mərhələsi ilə bağlı müəyyən etdiyi strateji hədəflər ali təhsil müəssisələrinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirir. O, Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni geosiyasi reallıqlar, bütöv və güclü Azərbaycan konsepsiyası kimi məsələlərin konfransın əsas müzakirə mövzularından olduğunu diqqətə çatdırıb.

Rektor, həmçinin konfransın beynəlxalq və regional miqyasda genişləndirildiyini, son illərdə “Yeni dövrün Azərbaycanı” mövzusunda minlərlə məktəbli və gəncin iştirakı ilə seminarların keçirildiyini, eləcə də xarici ölkələrdə “Azərbaycan – etibarlı tərəfdaş” mövzusunda seminar və təqdimatların təşkil olunduğunu vurğulayıb.

Çıxışının sonunda A. Nağıyev Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının bu gün də dövlətçiliyin əsas dayağı olduğunu qeyd edərək, gənc nəslin milli dəyərlərə sadiq vətəndaşlar kimi formalaşdırılmasının ali təhsil müəssisələrinin əsas missiyalarından biri olduğunu bildirib.

Millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında qeyd edib ki, tələbələri bu yeni dövrün reallıqları barədə məlumatlandırmaq və onlara Heydər Əliyev irsini dərindən aşılamaqgünümüzün ən mühüm vəzifələrindən biridir.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru Mahirə Hüseynova bölmə iclaslarının əhəmiyyətinə toxunaraq, bu müzakirələrin Ulu Öndərin zəngin irsinin elmi əsaslarla öyrənilməsində mühüm rol oynadığını vurğulayıb.

Millət vəkili, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolundan bəhs edərək Heydər Əliyev irsini “dərin birdəryaya” bənzədib və bu dahi şəxsiyyətin dövlətçilik fəlsəfəsinin milli tərəqqinin sarsılmaz təməli olduğunu vurğulayıb.

Millət vəkili Rizvan Nəbiyev isə Ulu Öndərin ölkəninən çətin dövrlərində qəbul etdiyi strateji qərarlarıntarixi əhəmiyyətindən söz açıb. O, dahi şəxsiyyət tərəfindən qəbul edilən Konstitusiyanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün suveren Azərbaycan ərazilərində uğurla tətbiq olunduğunu qeyd edib.

Səmərqənd Dövlət Xarici Dillər İnstitutunun rektoru Bahodir Xolikov çıxışında Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəm təməllərinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, İlham Əliyevin uzaqgörən siyasəti sayəsində bu dostluqəlaqələrinin sarsılmaz və əbədi xarakter aldığını vurğulayıb.

Konfransda videomüraciəti nümayiş olunan Qazi Universitetinin rektoru Uğur Ünal Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq, dahi rəhbərin Azərbaycan-Türkiyə qardaşlığına verdiyi böyük önəmi xüsusi vurğulayıb.

Rəsmi hissə bitəndən sonra tədbir bədii hissə ilə davam edib.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək
Elm və təhsil

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

May 7, 2026
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu
Elm və təhsil

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu

May 7, 2026
I sinfə şagird qəbulu başladı
Elm və təhsil

I sinfə şagird qəbulu başladı

May 6, 2026
Nazir onu lisey direktoru təyin etdi - FOTO
Elm və təhsil

Nazir onu lisey direktoru təyin etdi - FOTO

May 6, 2026
I sinfə qəbulu prosesi başlayır
Elm və təhsil

I sinfə qəbulu prosesi başlayır

May 6, 2026
Bu müəllimlərin maaşı artırıldı - Rəsmi
Elm və təhsil

Bu müəllimlərin maaşı artırıldı - Rəsmi

May 5, 2026

XƏBƏR LENTİ

2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?

2 milyon manatdan imtina edən Qurban Qurbanovun biznes imperiyası: Nələri var?

09 May, 26 / 20:42
Ohanyan Azərbaycanı hədələdi: Döyüş qabaqdadır

Ohanyan Azərbaycanı hədələdi: Döyüş qabaqdadır

09 May, 26 / 20:41
Sabah 28 dərəcə isti olacaq 

Sabah 28 dərəcə isti olacaq 

09 May, 26 / 20:38
Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

Bu rayonun Azərbaycana böyük töhfəsi olacaq

09 May, 26 / 19:34
BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır

BMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır

09 May, 26 / 18:35
Dağlıq və dağətəyi rayonlarda yaşayanların NƏZƏRİNƏ

Dağlıq və dağətəyi rayonlarda yaşayanların NƏZƏRİNƏ

09 May, 26 / 17:39
İsrail onlara səsləndi: Yaşadığınız yeri tərk edin!

İsrail onlara səsləndi: Yaşadığınız yeri tərk edin!

09 May, 26 / 17:37
SON DƏQİQƏ - FIFA “Qarabağ” barədə ŞOK QƏRAR verdi!

SON DƏQİQƏ - FIFA “Qarabağ” barədə ŞOK QƏRAR verdi!

09 May, 26 / 16:26
BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib

BSU-da "Yeni dövrün Azərbaycanı" beynəlxalq elmi konfransı keçirilib

09 May, 26 / 15:03
Azərbaycanda bu qədər kişi şiddətə MƏRUZ QALIB

Azərbaycanda bu qədər kişi şiddətə MƏRUZ QALIB

09 May, 26 / 14:02
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026