SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK
24 İyul 2026
Əsas/Cəmiyyət/Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA  
CəmiyyətRedaktorun seçimi

Çörək yenidən bahalaşa bilər? - VACİB AÇIQLAMA  

Xəbərsiz Media
02 İyun 2026

“Azərbaycanın buğda idxalını artırması və yerli istehsalın ötən illə müqayisədə demək olar ki, eyni səviyyədə qalması çörəyin qiymətinə təsirsiz ötüşə bilməz. Bununla bağlı hələ ilin əvvəlində qeyd etmişdik ki, 2026-cı ildə un və çörək məhsullarının qiymətində müəyyən artım ehtimalı mövcuddur”.

“Xəbərsiz” xəbər verir ki, bunu “baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, bu proqnozun əsas səbəbləri arasında qlobal inflyasiya, enerji daşıyıcılarının bahalaşması və beynəlxalq bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki dəyişikliklər yer alır.

Xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarına da təsir göstərir və nəticədə istehsalçıların xərcləri artır:

“İlin ilk aylarında bəzi çörək növlərinin qiymətində artıq müəyyən artımlar müşahidə olundu. Bu da onu göstərir ki, bazarda qiymət təzyiqləri hələ də qalmaqdadır. Bununla belə, çörək sosial əhəmiyyətli məhsul olduğundan dövlət bu sahəyə xüsusi diqqət ayırır. Məhz buna görə də müxtəlif dəstək mexanizmləri hesabına qiymətlərin kəskin şəkildə yüksəlməsinin qarşısını almağa çalışılır.

Hazırda qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri idxaldan asılılığın artmasıdır. Yerli istehsalın ciddi şəkildə genişlənməməsi fonunda idxalın həcminin yüksəlməsi Azərbaycanın xarici bazarlardakı qiymət dəyişikliklərinə daha həssas olmasına səbəb olur.

Ölkəmizin əsas buğda tədarükçüləri Rusiya və Qazaxıstandır. Bu ölkələrdə baş verən qiymət artımları, məhsuldarlıq dəyişiklikləri və logistika xərcləri birbaşa olaraq Azərbaycanın ərzaq bazarına təsir edir. Eyni zamanda nəqliyyat, yanacaq, elektrik enerjisi və digər istehsal xərclərinin yüksəlməsi də çörəyin maya dəyərini artıran amillər sırasındadır”.

AQC sədri əlavə edib ki, bütün bu faktorlar nəzərə alındıqda gələcək dövrdə çörəyin qiymətində müəyyən artım ehtimalı qalır:

“Ancaq bahalaşmanın kəskin olacağı gözlənilmir. Çünki hökumət həm ərzaq təhlükəsizliyi, həm də əhalinin sosial rifahı baxımından bu məhsulun qiymət sabitliyinin qorunmasına çalışır.

Digər tərəfdən, ölkədə əhalinin sayının və istehlakın artması da bazarda əlavə tələbat yaradır. Çörəyə olan tələbin yüksəlməsi uzunmüddətli perspektivdə qiymətlərin formalaşmasına təsir edən amillərdən biri kimi çıxış edir.

Ümumilikdə, mövcud iqtisadi şərait qiymət artımı riskini tam aradan qaldırmasa da, dövlətin həyata keçirdiyi tənzimləyici tədbirlər və dəstək proqramları sayəsində yaxın dövrdə ciddi bahalaşma gözləntiləri yüksək deyil. Bununla belə, bazarda mərhələli və məhdud qiymət artımlarının baş verməsi mümkündür”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Həmçinin oxu

Cəmiyyət

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

No Comment
8 baxış
Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

No Comment
3 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
56 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
22 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026