SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
İş axtaranlara ŞAD XƏBƏR – YENİLİK
24 İyul 2026
Əsas/Cəmiyyət/Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ
CəmiyyətRedaktorun seçimi

Etibarnamə ilə alınan avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Xəbərsiz Media
05 İyun 2026

Azərbaycanda avtomobil alqı-satqısı zamanı bəzi vətəndaşlar nəqliyyat vasitəsini öz adına keçirmək əvəzinə, sərəncam vermək hüququ ilə etibarnamə almağa üstünlük verirlər.

Bu üsul müəyyən hallarda vaxt və əlavə xərclərə qənaət imkanı yaratsa da, sonradan müxtəlif hüquqi problemlərə səbəb ola bilir. Mövcud qanunvericiliyə əsasən, sərəncam etibarnaməsi sahibi avtomobili idarə edə, sata və ya digər əməliyyatlar apara bilsə də, nəqliyyat vasitəsini birbaşa öz adına rəsmiləşdirə bilmir.

“Xəbərsiz” xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu məhdudiyyətin qanunvericiliyin tələblərindən irəli gəldiyini və hüquqi baxımdan əsaslandırılmış mexanizm olduğunu bildirib.

Ekspertin sözlərinə görə, sərəncam vermək hüququ olan etibarnamə avtomobilin yalnız üçüncü şəxsin adına rəsmiləşdirilməsinə imkan verir:

“Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Hesab edirəm ki, əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu baş verərsə, insanlar avtomobili etibarnamə ilə idarə etmək əvəzinə, onu birbaşa öz adlarına rəsmiləşdirməyə üstünlük verərlər”.

E.Muradlı qeyd edib ki, etibarnamə ilə avtomobil idarə etmək uzun illərdir müxtəlif risklər yaradır və çoxsaylı vətəndaşlar bu səbəbdən hüquqi problemlərlə üzləşiblər:

“Bu barədə dəfələrlə danışılıb, ictimaiyyət məlumatlandırılıb. Buna baxmayaraq, bəzi şəxslər hələ də avtomobili öz adlarına keçirmək istəmirlər. Halbuki etibarnamə özü-özlüyündə riskli mexanizmdir”.

Ekspertin fikrincə, əsas təhlükə avtomobilin hüquqi sahibinin başqa şəxs olaraq qalmasıdır:

“Bəzən insanlar avtomobili aldıqları şəxsin kim olduğunu, hər hansı borcunun, məhkəmə çəkişməsinin və ya digər hüquqi probleminin olub-olmadığını araşdırmadan nəqliyyat vasitəsini onun adına saxlayırlar. Sonradan isə bunun fəsadları ilə üzləşirlər. Təcrübədə belə hallara dəfələrlə rast gəlinib. Buna görə də vətəndaşlara tövsiyəm odur ki, avtomobil alarkən onu mütləq öz adlarına rəsmiləşdirsinlər. Bu, gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almağın ən etibarlı yoludur”.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Cəmiyyət24 İyul 2026

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

Həmçinin oxu

Cəmiyyət

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

No Comment
7 baxış
Cəmiyyət

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

No Comment
3 baxış
Cəmiyyət

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

No Comment
56 baxış
Cəmiyyət

Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günlərində...

No Comment
22 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026