SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Ermənistan ordusunda şok statistika: Yeddi ayda…
24 İyul 2026
Şamaxıda zəlzələ oldu
24 İyul 2026
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Əsas/Media/Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır
MediaBaxış bucağı

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

Xəbərsiz Media
21 İyul 2026

Cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən əsas amillərdən biri onun informasiya məkanıdır. Hər bir xalqın keçdiyi tarixi yol, milli düşüncə tərzi, mənəvi dəyərləri və gələcəyə baxışı ilk növbədə onun mətbuatında öz əksini tapır. Məhz buna görə də mətbuat zamanın salnaməsi və cəmiyyətin vicdanı hesab olunur.

Müasir dünyada informasiya yalnız xəbər vermək vasitəsi deyil ; həm də ictimai rəyin formalaşmasına, dövlətlərin daxili və xarici siyasətinə, xalqlar və dövlətlərarası münasibətlərə ciddi təsir göstərən mühüm amildir. Bir məlumat cəmiyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq yarada bildiyi kimi ; yalan, təhrif olunmuş və manipulyativ informasiya da qarşıdurmalara, inamsızlığa və gərginliyə səbəb ola bilər.

Xüsusilə süni intellektin sürətlə inkişaf etdiyi indiki dövrdə mətbuatın və jurnalistikanın məsuliyyəti daha da artmışdır. Süni intellekt böyük həcmdə informasiyanı sürətlə emal etmək, mətn və görüntü yaratmaq imkanına malikdir. Lakin bu texnologiyaların inkişafı ilə yanaşı, saxta xəbərlərin, dezinformasiyanın və həqiqətə bənzər, lakin gerçək olmayan məlumatların yayılması təhlükəsi də artır.

Belə bir şəraitdə vicdanlı və peşəkar jurnalistikanın əhəmiyyəti daha da yüksəlir. Çünki texnologiya məlumat yarada bilər ; lakin həqiqəti vicdanla araşdırmaq, faktı yalandan ayırmaq, cəmiyyət qarşısında məsuliyyət daşımaq və jurnalistikanın mənəvi prinsiplərinə sadiq qalmaq insanın vicdanından asılıdır.
Azərbaycan milli mətbuatı da yarandığı gündən bu mühüm missiyanı şərəflə yerinə yetirərək xalqımızın maariflənməsində, milli özünüdərk hissinin formalaşmasında, milli-mənəvi dəyərlərin qorunmasında və azadlıq ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır.

22 iyul 1875-ci il Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıyan bir gündür. Məhz həmin gün görkəmli mütəfəkkir, maarifçi, təbiətşünas alim və böyük ziyalı Həsən bəy Zərdabinin təşəbbüsü və fədakarlığı ilə Azərbaycan dilində ilk milli qəzet — “Əkinçi” nəşrə başlamışdır.

“Əkinçi”nin yaranması Azərbaycan milli mətbuatının əsasını qoymuşdur. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalqın maariflənməsinə, savadsızlığın aradan qaldırılmasına, elmin və təhsilin yayılmasına, milli düşüncənin inkişafına böyük töhfə vermişdir.

O dövrün ağır ictimai-siyasi və mədəni şəraitində milli qəzet yaratmaq — böyük cəsarət, fədakarlıq və vətən sevgisi tələb edirdi. Həsən bəy Zərdabi və onun silahdaşları mətbuatı yalnız informasiya vasitəsi kimi deyil ; xalqın maariflənməsi və milli inkişafı üçün mühüm bir məktəb kimi görürdülər.

Bu gün Azərbaycan milli mətbuatı 151 illik zəngin və şərəfli inkişaf yolu keçmişdir. Azərbaycan jurnalistikası müxtəlif tarixi mərhələlərdə xalqımızın taleyini, milli mübarizəsini, ictimai-siyasi proseslərini və dövlətçilik tarixini öz səhifələrində əks etdirmişdir.

Müasir dövrdə Azərbaycan mətbuatı çap mediası ilə yanaşı ; televiziya, radio, elektron media və sosial şəbəkələr vasitəsilə geniş informasiya məkanına malikdir. İnformasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın imkanlarını genişləndirmiş, eyni zamanda onun qarşısında yeni məsuliyyətlər yaratmışdır.
Bu gün jurnalist yalnız məlumatı çatdıran şəxs deyil. O, həm də cəmiyyətin informasiya təhlükəsizliyinin qorunmasında, həqiqətin müdafiəsində, ictimai dialoqun formalaşmasında və dövlətlərarası münasibətlərdə qarşılıqlı anlaşmanın təşviqində mühüm rol oynayır.

Xüsusilə qlobal qarşıdurmaların, informasiya müharibələrinin və süni intellekt texnologiyalarının geniş yayıldığı bir dövrdə jurnalistikanın əsas prinsipləri — obyektivlik, dəqiqlik, ədalət, vicdan və məsuliyyət kimi prinsiplərdə daha böyük əhəmiyyət kəsb edir.

22 İyul — Azərbaycan Milli Mətbuat Günü münasibətilə bütün vicdanlı, ədalətli və peşəsinə sədaqətli qələm əhlini, jurnalistləri, reportyorları, redaktorları, fotojurnalistləri, televiziya və radio əməkdaşlarını, mətbuat və media sahəsində çalışan bütün fədakar insanları ürəkdən təbrik edirəm.

Arzu edirəm ki, Azərbaycan jurnalistikası bundan sonra da həqiqətin, ədalətin, milli maraqların və insan hüquqlarının müdafiəsinə xidmət etsin. Qələm əhli öz sözünün məsuliyyətini daim dərk etsin, informasiya bolluğu içərisində həqiqətin işığını qoruyub saxlasın.

Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə yandırdığı milli mətbuat məşəli bu gün də Azərbaycan jurnalistikasının yolunu işıqlandırır.
Milli mətbuat yaşadıqca — xalqın yaddaşı, cəmiyyətin vicdanı və həqiqətin səsi yaşayacaq !

22 İyul — Azərbaycan Milli Mətbuat Gününüz mübarək olsun !!!

Müəllif : Jurnalist, Politoloq Qəvami Sadıqbəyli 

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Hərbi24 İyul 2026

Ermənistan ordusunda şok statistika: Yeddi ayda...

Hadisə24 İyul 2026

Şamaxıda zəlzələ oldu

Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Həmçinin oxu

Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
136 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
95 baxış
Media

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edildi

No Comment
57 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1234
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026