Məzmuna keç

Türkiyədə sərnişin avtobusu aşdı: 45 yaralı var

Türkiyənin Konya şəhərində sərnişin avtobusunun aşması nəticəsində 45 nəfər xəsarət alıb.

Hadisə noyabrın 3-də saat 02:00 radələrində baş verib.

Antalya-İğdır marşrutu üzrə hərəkət edən, 06 FDF 199 dövlət nömrə nişanlı avtobus sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı xəndəyə aşıb.

Hadisə yerinə jandarma, polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Beyşehir, Konya və Seydişehir şəhərlərindəki xəstəxanalara çatdırılıb.

Xəsarət alanlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.