Məzmuna keç

Gürcüstanda matəm elan edildi

19 noyabrda Tbilisidə çoxmənzilli binanın uçması nəticəsində altı nəfər həlak olub.

Faciə ilə əlaqədar olaraq, 20 noyabr Gürcüstanda matəm günü elan edilib.

Qurbanlar arasında yeddi yaşlı bir uşaq da var. Üç yaşlı bir uşaq da daxil olmaqla, daha beş yaralı xəstəxanaya yerləşdirilib.

Daha əvvəl bildirilmişdi ki, yaşayış binasının beşinci mərtəbəsində qaz sızmasından qaynaqlanan partlayış baş verib və daha sonra bina çöküb.

Sakinlər binadan təxliyə edilib. Təxminən 90 ailə müvəqqəti olaraq otellərdə yerləşdirilib.