Məzmuna keç

NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi – Fidandan vacib açıqlama

NATO Yaxın Şərqdən gələn təhdidlər fonunda Türkiyənin təhlükəsizliyini təmin edə bilməyib.

Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Fidan Türkiyə parlamentinin büdcə komitəsində keçirilən müzakirələr zamanı bildirib ki, “Türkiyə NATO-nun vacib üzvüdür, lakin NATO-nun Avropada yaratdığı təhlükəsizlik arxitekturası Yaxın Şərqdəki təhlükəsizliyimizi təmin etməyib… İllərdir Suriya və İraqdan gələn təhdidlərlə üzləşirik”.

Türkiyə diplomatiyasının rəhbəri qeyd edib ki, bu cür təhdidlər yenidən yarana bilər.

Nazir bildirib ki, Avropa təhlükəsizlik arxitekturası uzun illərdir NATO-nun mövcudluğuna əsaslanıb, lakin Türkiyənin durumu Avropadan kənar vəziyyətin nəzərə alınmasını tələb edir.

Fidan ittifaqların təhlükəsizlik vəzifələrindən danışarkən əsas məqsədi üzvləri arasında qarşılıqlı təcavüzkarlıq zəmanətlərinin gücləndirilməsi kimi müəyyən edib. Türkiyə xarici işlər naziri qeyd edib ki, ikinci məqsəd hücumlara birgə cavab verməkdir.

Xatırladaq ki, Türkiyə 1952-ci ildə NATO-ya qoşulub.