Məzmuna keç

Qışda sürücüləri hansı təhlükələr gözləyir? – Əyləc məsafəsi iki dəfə arta bilər

Qış aylarında sürücülər üçün əsas təhlükələrdən biri yolların sürüşkən olmasıdır. Belə şəraitdə avtomobili idarə etmək üçün ehtiyatlı olmaqla yanaşı, düzgün sürücülük vərdişlərinə də yiyələnmək vacibdir.

Rusiyalı avtomobil eksperti Dmitri Popov RT-yə açıqlamasında qış yollarında yarana biləcək təhlükələrdən danışıb.

Ekspertin sözlərinə görə, yaş yolda avtomobilin əyləc məsafəsi iki dəfə artır. 60 km/saat sürətlə hərəkət edən avtomobil quru yolda 17 metrə dayandığı halda, yaş asfaltda bu məsafə 30-35 metrə çata bilər.

Buzlu yollarda isə vəziyyət daha təhlükəlidir. Şipli təkərlər olmadıqda əyləc məsafəsi 150-200 metrədək uzana bilər.

Popov sürücülərə soyuq hava şəraitində avtomobilin idarəetmə xüsusiyyətlərini əvvəlcədən öyrənməyi tövsiyə edib. O, xüsusilə sürət həddinə və ara məsafəsinə riayət etməyin, qəfil əyləcləmə və kəskin manevrlərdən çəkinməyin vacibliyini vurğulayıb.