Reklam160 × 600
Reklam160 × 600
Məzmuna keç

Prezident: Almaniya bizim üçün vacib tərəfdaş ölkədir

Reklam728 × 90

“Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk”.

“Xəbərsiz” xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr – Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident İlham Əliyev məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Reklam728 × 90