ABŞ arsenalını genişləndirir
ABŞ iyunun 22-də İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə endirilən hava hücumlarında istifadə edilən “B-2” bombardmançılarından çoxlu sayda sifarişini verib.
“Xəbərsiz” bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
B-2 təyyarələrinin “tamamilə görünməz” olduğunu qiymətləndirən Tramp bu təyyarələrlə həyata keçirilən hücumun İranın nüvə potensialını tamamilə “məhv etdiyi” fikrini təkrarlayıb.
Tramp bildirib ki, ABŞ onsuz da malik olduğu təyyarələrə əlavə olaraq çoxlu sayda B-2 sifariş edib.
ABŞ iyunun 22-də B-2 gizli bombardmançı təyyarələrindən atılan raketlərlə İranın nüvə obyektlərini hədəfə alıb, uzunluğu təxminən 6 metr və yerin onlarla metr altında zərər verə biləcək qədər güclüdür.
Xəbərsiz





