AFFA bu klubları cərimələdi
“Xəbərsiz” xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
“İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 700 manat cərimə edilib. “Sabah” “Kəpəz” matçının 90+8-ci dəqiqəsində isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu səbəbdən oyunçu 2 matçlıq diskvalifikasiya edilib, “Kəpəz” klubu isə 1000 manat məbləğində cərimələnib.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





