Anar Nəcəflidən işdən çıxarılma xəbərinə reaksiya
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Gununsesi.info məlumat yayıb.
Qeyd edək ki, onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
***
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.
“Xəbərsiz” xəbər verir ki, “Unikal” məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.
A.Nəcəfli isə “yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.





