Anasını öldürən oğul SAXLANILDI
Bu gün səhər 6 radələrində Ağdaş rayonunun Aşağı Qobuüstü kəndində qətl hadisəsi baş verib.
“Xəbərsiz” Milli.Az-a istinadən xəbər verir ki, kənd sakini 1956-cı il təvəllüdlü Anaxanım Əbilovanın üzərində xəsarətlər olan meyiti aşkarlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən qadının oğlu, 37 yaşlı Rahib Əbilov saxlanılıb.
Araşdırma aparılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





