Rusiyada astronomik qış dekabrın 21-də, qış gündönümü günü başlayacaq.
Bu barədə astronom Lyudmila Koşman “RİA Novosti”yə müsahibəsində məlumat verib.
“Dekabrın 21-də saat 23:50-də (Bakı vaxtı ilə 00:50-də) qış gündönümü baş verəcək. Bu, astronomik qışın başlanğıcı və Yer kürəsinin Şimal yarımkürəsində ilin ən uzun gecəsidir”, – deyə Koşman tarixi açıqlayıb.
Onun sözlərinə görə, dekabrın 21-dən sonra gündüzün uzunluğu tədricən artacaq.










