23.04.2026 / 15:44
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 11°C
Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Anar ilhamlı – Qazilərimizə marş həsr etdi – VİDEO•Rusiya FHN-in təyyarəsi Lənkəranda eniş etdi•Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi
Ana Səhifə Cəmiyyət

Azərbaycanda kimlərə ömürlük həbs verilmir?

Xəbərsiz Media Xəbərsiz Media
23.04.2026 / 14:11
Cəmiyyət
A A

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayətlər ictimai təhlükəliliyi və xarakterinə görə dörd kateqoriyaya bölünür.

“Xəbərsiz” xəbər verir ki, bu barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Nahid Mirzəyev məlumat verib.

Hakimin sözlərinə görə, cinayətlər böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır olmaqla təsnif edilir. O bildirib ki, qəsdən adam öldürmə cinayətləri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və bu əməllərə görə nəzərdə tutulan cəzalar kifayət qədər sərtdir.

Qeyd olunub ki, qəsdən adam öldürmə hallarında yalnız azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Belə ki, sadə adam öldürmə cinayətlərinə görə cəza 9 ildən 14 ilədək müddəti əhatə edir. Əgər cinayət tamah və ya xuliqanlıq niyyəti ilə törədilərsə, bu halda 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.

Nahid Mirzəyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilik daha humanist yanaşmanı nəzərdə tutur. Belə ki, 14 yaşdan 18 yaşadək şəxslər qəsdən adam öldürmə cinayəti törətdikdə, cinayətin ağırlığından asılı olmayaraq, onlara maksimum 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Hakim həmçinin vurğulayıb ki, ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən kateqoriyadan olan şəxslərə tətbiq edilmir. Bunlara yetkinlik yaşına çatmayanlar, qadınlar və barəsində məhkəmə hökmü çıxarılanadək 65 yaşı tamam olmuş şəxslər daxildir.

Məlumata görə, qəsdən adam öldürməyə görə məhkum olunan şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Əgər şəxs əvvəllər də cinayət törədibsə və residiv halları mövcuddursa, cəza xüsusi rejimli müəssisədə icra oluna bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən şəxslər isə cəzalarını həbsxanada çəkirlər.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Aprelin müavinət və təqaüdləri bu tarixdə ödəniləcək
Cəmiyyət

Aprelin müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Aprel 23, 2026
Məhkəmə Rəqsanə barəsində qərar verdi
Cəmiyyət

Məhkəmə Rəqsanə barəsində qərar verdi

Aprel 23, 2026
Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır
Cəmiyyət

Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır

Aprel 23, 2026
Bu ərazilərdə 5 saat işıq olmayacaq
Cəmiyyət

Bu ərazilərdə 5 saat işıq olmayacaq

Aprel 23, 2026
Bu ərazilərdə qanunsuz tikililər söküldü
Cəmiyyət

Bu ərazilərdə qanunsuz tikililər söküldü

Aprel 23, 2026
Kürdə suyun səviyyəsi artır - Əhali narahatdır
Cəmiyyət

Kürdə suyun səviyyəsi artır - Əhali narahatdır

Aprel 22, 2026

XƏBƏR LENTİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi azaldı

23 Aprel, 26 / 15:15
Felipe Santos “Turan Tovuz”a KEÇİR?

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

23 Aprel, 26 / 15:12
"Təhdid və məhdudlaşdırmalar danışıqların qarşısında əngəldir" - Pezeşkian

"Təhdid və məhdudlaşdırmalar danışıqların qarşısında əngəldir" - Pezeşkian

23 Aprel, 26 / 15:03
Aprelin müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

Aprelin müavinət və təqaüdləri bu tarixdə ödəniləcək

23 Aprel, 26 / 14:43
Rusiyada yaşayanlara PİS XƏBƏR: Kütləvi şəkildə...

Rusiyada yaşayanlara PİS XƏBƏR: Kütləvi şəkildə...

23 Aprel, 26 / 14:29
Məhkəmə Rəqsanə barəsində qərar verdi

Məhkəmə Rəqsanə barəsində qərar verdi

23 Aprel, 26 / 14:25
Yağış qara keçəcək, dolu düşəcək

Yağış qara keçəcək, dolu düşəcək

23 Aprel, 26 / 14:24
10 gün dərs olmayacaq - Tarixlər

10 gün dərs olmayacaq - Tarixlər

23 Aprel, 26 / 14:23
Paşinyan Akopyanla barışmaq istəyir

Paşinyan Akopyanla barışmaq istəyir

23 Aprel, 26 / 14:22
Azərbaycanda kimlərə ömürlük həbs verilmir?

Azərbaycanda kimlərə ömürlük həbs verilmir?

23 Aprel, 26 / 14:11
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026