Azərbaycanda saatlıq əməkhaqqı sisteminin tətbiqi istiqamətində hazırlıq işləri davam etdirilir.
“Xəbərsiz” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Azər Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” adlı tədbirdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, eyni zamanda bərabər əməkhaqqı prinsipinin gücləndirilməsi və uşaq hüquqlarının müdafiəsi sahəsində yeni islahat paketləri üzərində iş aparılır.
O vurğulayıb ki, son illər ərzində əmək qanunvericiliyində bir sıra mühüm yeniliklər həyata keçirilib.

















