Azərbaycanda tələbə vəfat etdi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi vəfat edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbəsi Aysun Zöhrab qızı Teymurova xəstəlik səbəbindən dünyasını dəyişib.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





