Aprel ayı olmasına rəğmən, Azərbaycanın bir sıra bölgələrinə qar yağır. Paralel olaraq Bakıda güclü yağış müşahidə edilir.
“Xəbərsiz” xəbər verir ki, Globalinfo.az-a danışan ekoloq alim Telman Zeynalov yaxın günlərdə Bakıya qar yağmayacağını bildirib.
“Yer kürəsi öz oxunu 8 santimetr dəyişdirir. Bu da o deməkdir ki, iqlim qurşaqları tədricən yerlərini dəyişir. Belə olduqda yay ayları sentyabr-oktyabra keçir, qış isə bir qədər uzanır. Yəni təxminən bir aya yaxın temperatur dəyişiklikləri baş verir. Ona görə də iqlim daim belə dəyişkən olur”.
Ekoloq onu da əlavə edib ki, son dövrlərdə şimal tərəfdə buz dağları əriyir:
“Orada istilik artır, amma bəzi ərazilərdə hava soyuyur. İqlimdə baş verən dəyişikliklər havanın soyumasına gətirib çıxarır. Belə bir vəziyyətdə qarın təxminən aprelin sonuna qədər davam etməsi mümkündür:
Amma ola bilsin, yağmasın, çünki iqlim istiqamətini dəyişdirir. May ayında isə havanın sərin keçəcəyi gözlənilir”.

















