Məzmuna keç

Bakının mərkəzində eyvan uçdu – Yoldan keçən qadın yaralandı

Bakıda yaşayış binasının eyvanı uçub.

“Xəbərsiz” APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Rəşid Behbudov küçəsində baş verib.

Uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb. Nəticədə qadın xəsarət alıb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.