Məzmuna keç

Beyləqanda maşın su arxına aşdı – Sürücü öldü

Beyləqan rayonunun Bahar qəsəbəsindən keçən avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə noyabrın 17-də saat 16:30 radələrində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobilin idarəetməsini itirib və avtomobil su arxına aşıb. Nəticədə sürücü ölüb, sərnişin, 1967-ci il təvəllüdlü Beyləqan rayon sakini Həbib Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.