Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
Dunkan Norman Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyin olunub.
“Xəbərsiz” xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib:
“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





