Bayram günlərində insanlar tez-tez gecə saatlarında da süfrəyə oturur və ağır yeməklər qəbul edirlər.
Gecə yeməyi həzm sistemi və metabolizm üçün zərərli ola bilər.
Gec saatlarda yeyilən yağlı və şirin qidalar yuxu keyfiyyətini pozur, mədə turşuluğunu artırır və kilo alımına kömək edir. Həmçinin gecə yeməyi qan şəkəri və xolesterin səviyyəsini yüksəldərək ürək-damar sağlamlığına mənfi təsir göstərir.
Bayram süfrəsi axşam saat 8-dən sonra artıq ağır yeməklərdən qaçınmalı və mümkün olduqda yalnız yüngül qidalar qəbul edilməlidir. Bu həm rahat yuxu, həm də sağlam həzm üçün əhəmiyyətlidir. //Sfera.az

















