Məzmuna keç

Bu xəstəliyin yayılması dekabrda pik həddə çatacaq – Həkimdən xəbərdarlıq

Dekabrın ortalarında Rusiyada KRVİ-yə (Kəskin respirator virus infeksiyaları) yoluxma halları pik həddə çatacaq.

Bu barədə rusiyalı həkim-terapevt Denis Prokofyev “Sputnik” radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə ən geniş yayılan infeksiya KRVİ-dir. COVID-19-a yoluxma səviyyəsi aşağıdır, qripin A və B ştammlarının yayılmasında isə artım qeydə alınmır.

Həkim qeyd edib ki, hazırda daha çox virus-bakterial infeksiyalar yayılır. Virusun təsiri nəticəsində immunitet zəifləyir. Bu isə sinusit, faringit və bronxit kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, həkimlər KRVİ-dən qorunmaq üçün gigiyena qaydalarına əməl etməyi, xüsusilə küçədən və ictimai nəqliyyatdan istifadə etdikdən sonra əlləri mütəmadi yumağı tövsiyə edirlər.