Cəlilabadda bıçaqlanma oldu - Saxlanılan var
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Xəbərsiz” Report-a istinadən xəbər verir ki, Məhəmməd Hadi küçəsində rayon sakini, 1968-ci il təvəllüdlü Qurban Qasımov bıçaqlanıb.
Yaralı rayon xəstəxanasına çatdırılıb.
Onu bıçaqlamaqda şübhəli bilinən şəxs Fərid Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb. Onların əmioğlu olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





