Əsgərin ölüm faktı üzrə cinayət işi başlanıldı
Əsgərin ölüm faktı üzrə cinayət işi başlanılıb.
Xebersiz xəbər verir ki, Hərbi Prokurorluqdan verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilmiş, ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı HP da cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.





