Gəncədə güclü YANĞIN – Ölən var
Gəncədə baş verən yanğında bir nəfər həyatını itirib.
“Xəbərsiz” xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.
İlkin məlumata görə, yanğın zamanı bir nəfərin tüstüdən zəhərlənərək öldüyü bildirilir.
Hadisə yerinə FHN-nın Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası cəlb olunub.
Ölən şəxsin kimliyi müəyyənləşdirilir. Yanğının baş vermə səbəbləri araşdırılır.
Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin





