Hindistan Rusiyaya nüvə sualtı qayığının icarəsinə görə 2 milyard dollar ödəyəcək - Bloomberg
Hindistan Rusiyadan nüvə sualtı qayığını icarəyə götürmək üçün təxminən 2 milyard dollar ödəyəcək.
“Xəbərsiz” xəbər verir ki, “Bloomberg” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verib.
Tərəflər təxminən onillik danışıqlardan sonra gəminin təhvil verilməsini yekunlaşdırırlar. Mənbələr bildiriblər ki, Hindistan sualtı qayığı iki il ərzində almağı gözləyir, icarə müddəti isə 10 il olacaq.
İcarənin şərtlərinə görə, icarəyə götürülmüş Rusiya gəmisi Hindistana dənizçilərin hazırlanmasında və öz gəmilərini inşa edərkən nüvə gəmisi əməliyyatlarını təkmilləşdirməsində kömək edəcək, bir şərtlə ki, ondan müharibədə istifadə oluna bilməz.
Xəbərsiz





