İsrail Qəzzaya yardımın buraxılması ilə bağlı öhdəliklərini yerinə yetirmir - Fidan
İsrail Qəzza zolağına humanitar yardımın buraxılması ilə bağlı öhdəliklərini yerinə yetirmir və razılaşdırılmış sayda yükləri ölkəyə buraxmır.
“Xəbərsiz” bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İsrail atəşkəs rejimini pozmağa son qoymalıdır. O, həmçinin humanitar yardımın çatdırılması ilə bağlı öhdəliklərini yerinə yetirmir. Yardımla 600-ə yaxın yük maşınının və 50 sisternin yanacaqla daxil olmasını təmin etmək lazımdır. Amma düzünü desəm, Qəzzaya o qədər də çox yük maşınının daxil olduğunu görmürük”, – deyə Fidan Səudiyyə Ərəbistanının Birləşmiş Ərəb Əmirliklərinin İstanbulda keçirdiyi görüşdən sonra bildirib.
Türkiyənin baş diplomatı həmçinin qeyd edib ki, “beynəlxalq ictimaiyyət “atəşkəs elan edildiyi andan 250-yə yaxın Qəzza sakinini öldürən” İsrailə təzyiqləri davam etdirməlidir”.
Əli Hacı





