SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə…
24 İyul 2026
Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə…
24 İyul 2026
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
23 İyul 2026
Əsas/Baxış bucağı/"İtaliano parati"də özbaşınalıq: "Gedin, kimə şikayət edirsiniz edin!"
Baxış bucağıManşet

"İtaliano parati"də özbaşınalıq: "Gedin, kimə şikayət edirsiniz edin!"

Xəbərsiz Media
18 İyul 2026

Teleaparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında paylaşım edərək “İtaliano Parati” mağazasından şikayətçi olduğunu bildirib.

“Xəbərsiz” xəbər verir ki, aparıcının sözlərinə görə, o, Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən “İtaliano Parati” mağazasından ümumi dəyəri 2300 manat olan divar kağızları alıb. O iddia edir ki, ödənişləri nağd şəkildə etsə də, ona rəsmi kassa çeki təqdim edilməyib, yalnız qaimə verilib.

Zamirə Dadaşovanın bildirdiyinə görə, aldığı divar kağızlarından biri xarici istehsal adı ilə təqdim olunsa da, sonradan yerli istehsal olduğu məlum olub. Onun sözlərinə əsasən, həmin divar kağızı vurulduqdan sonra bəzi hissələrdə qaralma və rəng dəyişikliyi yaranıb.

Aparıcı qeyd edib ki, məsələ ilə bağlı mağazaya müraciət etdikdən sonra əvvəlcə problemin aradan qalxacağı bildirilib, daha sonra isə mağazanın göndərdiyi mütəxəssis qüsurun divar kağızından qaynaqlandığını təsdiqləyib. İddiasına görə, bundan sonra mağaza rəhbərliyi zərərin qarşılanacağını və problemli divar kağızlarının yenisi ilə əvəz ediləcəyini vəd edib.

Lakin Zamirə Dadaşova bildirib ki, iyulun 16-da mağazanın göndərdiyi ustalar mənzilə gələrək əvvəlki divar kağızlarını söküblər, daha sonra isə onların yenisi ilə əvəz olunmayacağını deyiblər.

Teleaparıcı paylaşımında mağaza nümayəndələrinin kobud davrandığını, özünü mağaza müdirinin oğlu kimi təqdim edən şəxsin isə “Gedib kimə istəyirsiniz şikayət edin” dediyini iddia edib.

O, məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova, eləcə də Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət etdiyini açıqlayıb.

Zamirə Dadaşova mağazanın istehlakçı hüquqlarını pozduğunu, keyfiyyətsiz məhsul satdığını, verdiyi öhdəlikləri yerinə yetirmədiyini və nağd ödənişə görə kassa çeki təqdim etmədiyini iddia edərək, dəymiş maddi ziyanın ödənilməsini və məsələ ilə bağlı araşdırma aparılmasını xahiş edib.

Qeyd edək ki, yazıda yer alan iddialar teleaparıcı Zamirə Dadaşovanın şəxsi açıqlamasına əsaslanır. Məsələ ilə bağlı “İtaliano Parati” mağazasının mövqeyini dərc etməyə hazırıq.

View this post on Instagram

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Dünya24 İyul 2026

Katz xəbərdarlıq etdi: İran İsrailə hücum etsə...

Dünya24 İyul 2026

Ukrayna hərbçiləri açıqladı: Ruslar üçün ən vacib nöqtə...

Gündəm23 İyul 2026

Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı

Dünya23 İyul 2026

Konqres Trampdan tələb etdi: Müharibəni dayandır!

Gündəm23 İyul 2026

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

Dünya23 İyul 2026

Rusiyada məhkumlar orduya cəlb edilir: Moskva əlacsız qalıb

Elm və təhsil23 İyul 2026

65 yaşdan sonra bu müəllimləri işdə saxlayırlar...

Cəmiyyət23 İyul 2026

Bu qaydanı pozanlar 300 manat ödəyəcək

Manşet23 İyul 2026

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

Prezident23 İyul 2026

İlham Əliyev fərman imzaladı

Həmçinin oxu

Gündəm

10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU - SİYAHI

No Comment
247 baxış
Manşet

Yeni postlar, yeni adlar: Prezident kimlərə vəzifə verib? 

No Comment
190 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
130 baxış
Maraqlı

Putinin “ölümsüzlük” planı: Gizli laboratoriyalar, maral qanı… 

No Comment
513 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Quba səmasında qırıcılar göründü: MN açıqlama yaydı
10 milyon manatlıq qalmaqal: İş adamının mülklərinə QADAĞA QOYULDU – SİYAHI
Baş nazirdən yeni qərar…
İqtisadiyyat
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?
Neft yenidən kəskin bahalaşdı

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2164
Dünya 1233
Elm və təhsil 373
Gündəm 1258

Bütün müəllif hüquqları qorunur - 2026