Litva hərbi ehtiyaclar üçün Avropa Komissiyasından 6,3 milyard avro kredit istəyib
Vilnüs Avropa Komissiyasına (AK) müdafiə layihələrinin maliyyələşdirilməsi üçün Aİ-nin SAFE (Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) hərbi proqramı çərçivəsində 6,375 milyard avro kredit verilməsi üçün ərizə təqdim edib.
“Xəbərsiz” xəbər verir ki, bunu Litvanın müdafiə nazirinin müavini Karolis Aleksa Aİ ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən iclası çərçivəsində jurnalistlərə bildirib.
“Bizə ayrılan maksimum məbləğ, 6,375 milyard avro üçün təklif təqdim olunub. Bu vəsaitin təxminən 50 müdafiə layihəsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır”, – o deyib.
Nazir müavininin sözlərinə görə, kreditlərin böyük hissəsi Litva ordusunda motoatıcı diviziyanın yerləşdirilməsi xərcləri üçün nəzərdə tutulub.
“Tankların və piyadaların zirehli döyüş maşınlarının alınması üçün milyardlarla dollarlıq müqavilələr imzalanıb. Hava hücumundan müdafiə sistemini, pilotsuz təyyarələrlə mübarizə vasitələrini gücləndirmək, əks-hərəkətli strukturlar şəbəkəsini yaratmaq lazımdır”, – o əlavə edib.
Xəbərsiz





