Litva Xarici İşlər Nazirliyi Belarusa etirazını bildirib
Litvanın Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağıraraq ona Belarus ərazisindən Litvaya qarşı hibrid hücumların təkrarlanması ilə bağlı etiraz notası təqdim edib.
“Xəbərsiz” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
“Belarus nümayəndəsinə son günlər Belarus ərazisindən həyata keçirilən və Litva tərəfinin milli təhlükəsizliyə və mülki aviasiyaya təhdid kimi qiymətləndirdiyi Litvanın hava məkanının pozulması ilə bağlı məlumat verilib. Həmçinin qeyd olunub ki, noyabrın 20-də və 23-24-də baş verən insidentlər səbəbindən Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb”, – deyə Vilnüs Beynəlxalq Hava Limanının departamentindən bildirilib.
Departamentin məlumatına görə, Belarusa bu cür pozuntuların təkrarlanmasının qarşısını almaq üçün təcili tədbirlər görmək, habelə Aİ-də qeydiyyatdan keçmiş yük maşınlarının onun ərazisində saxlanılması və Litvaya buraxılmaması ilə bağlı məsələnin həlli ciddi şəkildə tövsiyə olunub.
Xəbərsiz





