Litvanın baş naziri Belarusla sərhədlərin bağlanmasından danışıb
Litvanın baş naziri İnqa Ruqiniene Belarusla sərhədin yenidən bağlanmasının mümkünlüyünü açıqlayıb.
“Xəbərsiz” xəbər verir ki, bu barədə Ruqiniene jurnalistlərə açıqlmasında danışıb.
O, jurnalistlərə “Lazım gələrsə, sərhədi bağlayacağıq. Lakin ilk növbədə biz öz fəaliyyətlərimizi strateji tərəfdaşlarımızla əlaqələndirəcəyik” deyə bildirib.
“Biz təkcə qonşu ölkələrə və Belarusa qarşı daha geniş sanksiyalar paketi üzrə Avropa Komissiyası ilə deyil, həm də amerikalı tərəfdaşlarımızla birgə fəaliyyətlə bağlı dialoq aparırıq”, – baş nazir qeyd edib.
Xəbərsiz





