27.02.2026 / 3:58
  • Haqqımızda
  • Əlaqə
  • Media Kodeksi
Baku: 6°C
Xebersiz.Media
Advertisement
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil
No Result
View All Result
Xebersiz.Media
No Result
View All Result
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Əli Kərimli ilə bağlı qərar verildi•TƏCİLİ! — Şəmsi Səmədzadə həbs olundu•Şəmsi Səmədzadə axtarışa verildi•Elxan Mikayılova yeni vəzifə verildi•DTX səfirliyə terror hücumunun qarşısını aldı – XÜSUSİ ƏMƏLİYYAT
Ana Səhifə Manşet

Məşhurluq və cahillik: Silikonlu həcixanımlar, pullu həcilər

Xəbərsiz Media Xəbərsiz Media
30.01.2026 / 14:35
Manşet, Özəl
A A

Son günlər TikTokun yerli seqmentini “Velizar” adlı profildən canlı yayımlar açıb, milli-mənəvi dəyərləri heçə sayan bir BƏYin videoları əsir alıb.

Bu videolarda söhbət nədən gedir? Adam nəyin təbliğatını, necə aparır?

Bu sualları özümüzdən soruşacağıq. Ancaq əvvəlcə görək kimdir Velizar?

Velizar və Velizarkimlər bizim iç üzümüzdür. Biz ONLARIQ! Bizim daxilimizdə Velizarlar hökmranlıq edir.

Kiminsə şəxsiyyətini alçaltmırıq. Onun da özünə uyğun qaydaları, prinsipləri və yaşam tərzi var. Amma bu yaşam tərzi, bu prinsiplər bizim dəyərlərimizə zərbə vuracaqsa, deməli hər birimiz danışmalıyıq, müzakirə etməliyik, çıxış yolu axtarmalı, tapmalıyıq – yolumuzu dəyişməmək şərti ilə…

Təəssüf ki, bir çoxları çıxış yolunu tapmağa çalışsa da, onlardan birinə çevrildilər, onlar kimi oldular.

Niyə?

Çünki elə düşündülər ki, onlar kimi olaraq daha çox pul qazanacaqlar. Heç, bəlkə də, daha çox pul qazanmaq üçün yox, yaşamaq, ölməmək üçün o yolu seçdilər. Lakin reallıq dəyişmir. Biz real qərəmanları deyil, iyrənclik edənləri daha çox sevirik.

Biz təhsilə, intellektə, mərdliyə, şücaətə yox, özünü AXIRINCI yola qoyana, CİNSini bilmədiyimizə, pulumuzu yeyənə,  arxamızca danışana, kişi doğulub, KİŞİ olmayanlara daha çox hörmət qoyuruq.

Niyə bu qərara gəlmişəm?

Bilirsinizmi ötən gün axşam bu VELİZARın canlı yayımında nə qədər adam var idi?

Bilirsiniz!

Çünki onu hamınız, hamımız tanıyırıq, tanımaq məcburiyyətindəyik – gec, ya da tez.

Bu BƏYi dünən gecə 53 min insan izləyirdi…

Bəli, 53 000…

Deyilənə görə, bu, Azərbaycan TikTok yayımçıları arasındakı rekorddur.

Məncə, bu təkcə TikTokun yerli seqmenti üçün deyil, həm də cəmiyyətimizin düşüncə tərzinin səviyyəsi üçün bir rekorddur.

Biz, heç vaxt bu qədər səviyyəsiz görünməmişdik! Biz Bayramları, Baboşları məşhur edib, zənginləşdirsək də, onların ƏSİRİ olmamışdıq. Amma indi ən az 53 min insan Velizarın əsiridir.

Gecə saat 03:30-da nə işi var axı bu qədər insanın kiminsə canlı yayımında!?

Məgər, bu insanlar işləmirlər? Kimdir axı bunlar?!

Dünən, həyatımda ilk dəfə ona baxdım, baxdım ki, görüm kimdir. Baxdım ki, tanıyım. Çünki ona tanımayanlara gülürlər… Onu o qədər çox insan tanıyır ki… Bilirsiniz? Hətta, ondan sitatlar da gətirirlər… Birini yazım: “Adım Velizar, lakabım deligidar. Adımı unutursun, lakabımı asla…”

Bu sözlərin şərhə ehtiyacı yoxdur…

Bəs bilirsinizmi bu adamın canlı yayımında nə qədər pul yığılır?

Bunu da bilirsiniz! Çünki hədiyyə atanda və yaxud da ata bilməyəndə hesablamısınız.

Dəqiq rəqəm bilmirəm, ancaq deyilənə görə, bu BƏYin canlısında böyük məbləğdə (bu bizim üçün böyük məbləğdir – red.) pullar yığılır.

Mən 5 min deyim, siz 10 min, başqası 20, bir digəri 30, başqa biri isə 40 min… Bəli, yetəri qədər böyük məbləğdir.

Təsəvvür edin: nə ali təhsiliniz, nə dünyagörüşünüz, nə mədəniyyətiniz, nə tərbiyəniz, nə də səviyyəniz var, amma hər gecə bu qədər pul qazanırsınız? “Yox” deyənlər az olacaq. Ona görə heç “razı olarsınız, ya yox?” sualını verməyə də gərək yoxdur. Heç olmasa yaşamağa bir az ümidimiz qalsın. Gələcəyə az da olsa inam bəsləyək. Nə zamansa düzələcəyini xəyal edə bilək.

Vallah, adam dəhşətə gəlir. “Alim” adını qazanmaq üçün insanlar ömürlərini elimə həsr edirlər, nəticədə 500, 600 manat maaş alırlar. Amma bunlar… bunlarkimlər… bu qəbilədən olanlar nələr qazanıb, nələr edirlər…

Kim qazandırır? BİZ! Bəli, BİZ! 53 min nəfərin içərisində olanlar. Onun videosuna “like” atanlar. “Səndən yoxdur” deyənlər. Adamı niyə aldadırsınız? Bu dəqiqə ondan, onlardan minlərlə var. Hər yerdədilər. İşləmirlər, amma qazanırlar. Oxumurlar, amma “ALİM”dirlər. Layiq deyillər, amma müəllimdirlər, bəydirlər, xanımdırlar!

Siz bilirsiniz ki, 2025-ci il statistikasında görə, Azərbaycanda rəsmi işsizlərin sayı 278 900 nəfərdir?

Məlumatınız varmı ki, onlardan neçə nəfəri ali təhsillidir? Yəqin ki, bilmirsiniz, məlumatınız da yoxdur. Deyim, bilin. 2025-ci ilin statistikasına görə, Azərbaycanda 34 800 ali təhsilli işsiz var.

Bu, təhsilimizin, ali məktəblərimizin, cəmiyyətimizin hansı durumda olduğunun bariz göstəricisidir…

Siz qərar verin: Ali təhsil alıb işləməmək, yaxşı halda 500 manata işləmək, yoxsa VELİZAR KİMİ OLMAQ!?

İndi cahillər daha çox qazanır, Cahillərə daha çox hörmət edilir.

Cəmiyyətimizə qəhrəman kimi təqdim edilənləri də yaxşı tanıyırıq. Hansı düşüncə tərzinə, nə qədər biliyə sahib olduqlarını yaxşı bilirik.

Elə müğənnilər, sənət adamları… Məsələn Şəbnəm Tovuzlu.

İllər əvvəl Amerikanı Avropanın paytaxtı kimi qələmə verən  müğənni 2,3 gün öncə efirlərin birində deyir ki, mənim fikirlərimi montajla dəyişiblər, məni aldadıblar. Əslində mən bilirəm ki, Amerika paytaxt deyil, qitədir.

Xanım müğənni illər ərzində bunu öyrənibsə, öyrəndiyi bu qədərdirsə, bu, özlüyündə böyük uğurdur. Bu uğuruna görə, onun saxta ad gününü, saxta hədiyyələrini, ad günündə topladığını iddia etdiyi şişirdilmiş məbləği və digərlərini müzakirə etməyək ki, həvəsdən düşməsin. Onun öyrənməsi bizim üçün çox əhəmiyyətlidir. Təki o, öyrənsin. Uğurlarınızın davamı gəlsin, ay Şəbnəm xanım…

Dərdimiz Velizar, Şəbnəmlə bitsə, adam bu qədər yanmaz. Axı çoxdur bunların sayı… Mənzurələr var, Balaəlilər var, Zaurlar var, Aygünlər var, Rəqsanələr  var… Hələ kimlər, nələr var, nələr…

Rəqsanə dedik, ağlıma “Müəllimə” kitabı düşdü. “Müəllim” yox ha, “Müəllimə”… Görən, nə oldu bu kitabın sonu? Deyəsən, Rəqsanənin başı Səidə Bəkirqızına qarışıb deyə, kitabı yazmağı yarıda saxlayıb.

Mən inanıram ki, azadlıq eşqi ilə yanıb tutuşan, 3 aya yüzlərlə kitab oxuyan bir xanım fotosessiyası ilə bir şey əldə edə bilməyib, özünü qalxmadığı gözdən salasa da, kitabla nəsə edə bilər…

DİQQƏT! İsmayılovanın 300 kitab oxuduğunu unutmayaq…

Kitab demiş, mən elə düşünürdüm ki, ən azından meyxanaçıların mütaliəsi olmalıdır. Heç olmasa onlar həyatlarında bir dəfə hansısa kitabı oxumalıdırlar, yeni nəsə öyrənməlidirlər ki, söz bazaları olsun. İnformasiyaları olsun ki, deyişəndə rəqiblərinə cavab verə bilsinlər. Amma Balaəlini görəndən sonra, lap meyxanaya da adamın nifrəti yaranır. Düzdür, heç kim meyxananı Balaəliyə görə sevməyib. Ya sevib? Hər nə isə, bunun cavabını bilmirəm. Amma niyə də olmasın!? Velizarı 53 min adam izləyirsə, Balaəliyə görə meyxananı sevən də tapılacaq. Ən azından Balaəlinin şəxsiyyət vəsiqəsində yazılanlarla real həyatdakı görünüşü vəhdət təşkil edir. Bu o demək deyil ki, Balaəli əlində olanlara layiqdir. Xeyir, heç də elə deyil. Adam deyir ki, Yaponiya, Koreya, Çin “Kitay”dır. Və aparıcılara xəritəyə baxmağın lazım olduğunu xatırladır. Mən anlamıram ki, bunu kim aldadıb. Buna kim yalan deyib. Cahilliyinbu səviyyəsi görülməyib. Yaxşı, bilmirsən, anladıq. Bəs niyə efirdə bu mövzulardan danışırsan?

Onlardan danışdıq, bəs biz? Biz kimik?

BİZ bu adamları məşhur, zəngin edənlərik. Biz silkonlu həcixanımları, pullu həciləri qəhrəmanlaşdıranlarıq.

Ən azından yalnız qalanda vicdanımızın suallarını cavablandıraq. Əgər bu cahilləri məşhur etməyimizin cavabını tapa biləcəyiksə, qoy vicdanımızdan soruşaq. Soruşaq ki, niyə o adamları bəyəndik. Niyə onlara hədiyyə atdıq. Niyə səhərə qədər onların canlısında oturduq? Soruşaq.

Soruşaq ki, təhsil almaq istəyib, madiyyatı olmayan yüzlərlə məktəbli üçün nə etmişik?

Soruşaq ki, nələrisə itirməyək deyə, hansı haqsızlıqlara susmuşuq?

Soruşaq ki, bizə görə sağlamlığından keçən, canını verən insanlar üçün nə etmişik?

Soruşaq ki, nə etmişik geridə qalan illərdə? 

Soruşaq ki, həqiqətənmi olduğumuz yerə layiqik? 

Bəlkə, yerimizin, mövqeyimizin haqqını verə bildik!

Söhbət bizdən gedir – yazımızın “qəhrəmanları”ndan deyil.

Sual verək özümüzə, vicdanımıza.

İnanın mənə, vicdanımız belə bizə cavab verə bilməyəcək. Heç bizi bağışlamayacaq da.

Çünki biz ona da xəyanət edirik.  Biz bütün bədən əzalarımıza, bütün orqanlarımıza xəyanət edirik.

Biz yuxumuza haram qatırıq, yatmırıq,  yemirik, sevmirik, sevilmirik (sevilsək belə fərqində deyilik), işləmirik, işdə yuxulayırıq, sonuncu 5 manatımıza internet vurub bu adamları izləyirik, biz məşhurlaşdırırıq, sevdiririk, sevilməsi üçün çalışırıq. Çünki elə biz də onlardan biriyik… Biz onlar kimi ola bilmirik deyə, onları sevdiririk. BİZ CAHİLİK!

 Ziyafət Əlisoy

 

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Bənzər Xəbərlər

Sükut dəqiqəsi...
Manşet

Sükut dəqiqəsi...

Fevral 26, 2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən AÇIQLAMA
Səhiyyə

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilir? - Nazirdən AÇIQLAMA

Fevral 26, 2026
QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!
Gündəm

QANLI GECƏDƏN AYDINLIĞA: XOCALI 34 illik həqiqətin səsi!

Fevral 26, 2026
Prezident Xocalıdadır
Prezident

Prezident Xocalıdadır

Fevral 25, 2026
Zakir Həsənov idarə rəisini işdən çıxardı
Hərbi

Zakir Həsənov idarə rəisini işdən çıxardı

Fevral 25, 2026
"Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı
Səhiyyə

"Regional Hospital"ın 825 minlik vergi borcu üzə çıxdı

Fevral 25, 2026

XƏBƏR LENTİ

Sükut dəqiqəsi...

Sükut dəqiqəsi...

26 Fevral, 26 / 17:08
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanladı

26 Fevral, 26 / 16:14
Prezident və ailəsi açılışında iştirak etdi

Prezident və ailəsi açılışında iştirak etdi

26 Fevral, 26 / 15:49
AFFA bu klubları cərimələdi

AFFA bu klubları cərimələdi

26 Fevral, 26 / 15:11
Ronaldo İspaniya klubunun səhmlərini aldı

Ronaldo İspaniya klubunun səhmlərini aldı

26 Fevral, 26 / 14:24
Bu yolda avtobus zolağı ləğv edildi

Bu yolda avtobus zolağı ləğv edildi

26 Fevral, 26 / 14:14
Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

Vətəndaşlara 1000 manat pul veriləcək? - RƏSMİ CAVAB

26 Fevral, 26 / 14:12
“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

“Ulduz Körpəm” kampaniyası ilə övladınız Azərbaycanın ulduzu olsun

26 Fevral, 26 / 12:59
MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

MEDİA kollektivi "Ana harayı" abidəsini ziyarət etdi

26 Fevral, 26 / 12:49
Fevralın 27-də havanın temperaturu dəyişəcək

Fevralın 27-də havanın temperaturu dəyişəcək

26 Fevral, 26 / 12:40
Populyar xəbərlər



Xəbərsiz.media müstəqil xəbər portalıdır. Burada siz ölkə və dünyada baş verən ən vacib hadisələri, siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələrdəki yenilikləri obyektiv və operativ şəkildə izləyə bilərsiniz. Gündəmdən “XəbərSiz” qalmamaq, xəbərin nəbzini tutmaq üçün bizi izləyin.
logo
Təsisçi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Baş Redaktor: Əliyev Ziyafət Fəxrəddin oğlu
Domain sahibi: Əliyev Ziyafət Fəxrəddin oğlu
Tel: 070 203-50-80
E-mail: xebersizmedia@gmail.com
Ünvan: Bakı şəhəri Yasamal Rayonu, Həsən Bəy Zərdabi 78V
VÖEN:8304373232



Xəbərsiz.media markaların, şirkətlərin və fərdi sahibkarların daha geniş auditoriyaya çatması üçün reklam imkanları təqdim edir. Saytımız və sosial media platformalarımız vasitəsilə reklamınız minlərlə izləyiciyə çatdırılır. Xəbərsiz qalmamaq və məhsulunuzdan xəbər etmək üçün müraciət edə bilərsiniz.

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Elm və təhsil
  • Prezident
  • Özəl
  • Digər
    • Media
    • İdman
    • Maraqlı
    • Hava
    • Hərbi
    • Milli Məclis
    • Müsahibə
    • Reportaj
    • Səhiyyə
    • Texnologiya
    • Təhlil

Bütün müəllif hüquqları qorunur. Xebersiz Media - © 2026