SON DƏQİQƏ! AZAL uçuşları ləğv etdi
TƏBİB sədrinə yeni müşavir təyin edildi – FOTO
SON DƏQİQƏ! Azərbaycanda yüksək rütbəli şəxs SAXLANILDI
Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Bizə qoşul
facebook
4m
yotube
2.2k
whatsapp
yaz
tiktok
follow
pinterest
follow

© Büquqlar qorunur - 2026

Xebersiz.Media Xebersiz.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Hadisə
  • Cəmiyyət
  • İqtisadiyyat
  • İdman
  • Baxış bucağı
  • Prezident
  • Hava
Search the Site
Popular Searches:
Travel Crypto Military
Recent Posts
DİM bu imtahaların nəticələrini elan etdi
24 İyul 2026
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
24 İyul 2026
Nazirlik 75 min nəfəri sevindirdi – RƏSMİ MƏLUMAT
24 İyul 2026
Əsas/Media/MEDİA-da Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi müzakirə olunub
Media

MEDİA-da Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsi müzakirə olunub

Ziyafət Əlisoy
04 Noyabr 2025

Medianın İnkişafı Agentliyində (MEDİA) Türkiyənin Qars, Ərzurum və İğdırdan olan 15 nəfərdən ibarət media nümayəndə heyəti ilə görüş keçirilib.

“Xəbərsiz” xəbər verir ki, görüşdə MEDİA-nın nümayəndələri, “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev, “Baku TV”nin Baş redaktoru Turan İbrahimov, “Oxu.az” xəbər portalının baş redaktorunun müavini Ülviyyə Gülməmmədova və ölkənin digər media nümayəndələri iştirak ediblər.

MEDİA-nın İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında qonaqlara Qarabağın işğal dövründə dağıntılara məruz qalması, hazırda gedən bərpa işləri ilə bağlı məlumat verib:

“Qarabağa indi həyat qayıdır. Bu, bizim taleyimizdir, biz bunu yaşayırıq. Bu gün Prezident İlham Əliyev kəndlərin təməlini qoyur. Biz azad olunan ərazilərdə yeni evlər tikirik. Azərbaycan üçün yeni səhifə başlayır, bu həm qürurverici, həm də ağırdır. Çünki 30 ilimiz boşa getdi. Biz artıq zəfərimizin beşinci ildönümünü qeyd edirik. Həmin ərazilərin hər bir qarışı dünyada görünməmiş şəkildə minalalarla çirkləndirilib”.

Onun sözlərinə görə, MEDİA beynəlxalq jurnalistlərin azad olunan ərazilərə səfərini təşkil edir:

“Məqsədimiz türk toplumunun yaşadıqlarını göstərmək və həqiqətləri daha geniş coğrafiyaya yaymaqdır”.

MEDİA-nın Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələr, təkcə media yox, digər sahələrdə də müstəqillik dövründə yüksək mərhələyə çatıb:

“Çətin günlərimizdə qardaş olaraq bir-birimizin yanında olmuşuq. Bunlar qardaşlığımızın tarixi təzahürüdür. Bu əlaqələr gündən-günə dərinləşir. Zəngəzur dəhlizi açıldıqdan sonra isə daha çox intensivləşəcək”.

“Yeşil İğdır” qəzetinin baş redaktoru Cabbar Şıktaş qeyd edib ki, Azərbaycana budəfəki gəlişində Qarabağa gedib və 30 il öncə yaşanılan ağrı-acını yenidən hiss edib:

“Biz orada insanlarla söhbətimizdə bunu bir daha hiss etdik. Qarabağa ilk səfərim olmasına baxmayaraq, özümü illər öncə burada olmuş kimi hiss etdim”.

Türkiyəli digər jurnalistlər də vurğulayıblar ki, Xocalıda şəhid olanların məzarlarını ziyarət ediblər və 30 il öncə baş verən ağrı-acını yenidən hiss ediblər. Onlar qeyd ediblər ki, Qarabağda qısa müddətdə aparılan bərpa və yenidənqurma işləri olduqca önəmlidir.

Sonda media nümayəndələri Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı səviyyəsini, Zəngəzur dəhlizinin açılması ilə bölgənin inkişafını müzakirə ediblər.

Qeyd edək ki, türkiyəli jurnalistlərin Azərbaycana budəfəki səfəri iki ölkə media əlaqələrinin daha da güclənməsinə, həmçinin azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin beynəlxalq mediada geniş işıqlandırılmasına xidmət edir.

Qarşılaşdığınız xəbər əhəmiyyətli hadisələri bizə göndərin

Xəbəri paylaş

Bölmələr
Browse
Gündəm Gündəm
Browse
Siyasət Siyasət
Browse
Dünya Dünya
Browse
İdman İdman
Son yazılar
Elm və təhsil24 İyul 2026

DİM bu imtahaların nəticələrini elan etdi

Gündəm24 İyul 2026

Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? - Dosye

Cəmiyyət24 İyul 2026

Nazirlik 75 min nəfəri sevindirdi - RƏSMİ MƏLUMAT 

Cəmiyyət24 İyul 2026

İş axtaranlara ŞAD XƏBƏR - YENİLİK

Gündəm24 İyul 2026

Azərbaycanda 9 idarə ləğv edildi - RƏSMİ

Hava24 İyul 2026

25-26 iyul tarixləri ilə bağlı XƏBƏRDARLIQ - NƏZƏRƏ ALIN

Prezident24 İyul 2026

Prezident onu Türkiyəyə səfir təyin etdi

İqtisadiyyat24 İyul 2026

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

Gündəm24 İyul 2026

Prezident onu Özbəkistana səfir göndərdi

Cəmiyyət24 İyul 2026

Uşaqpulu haqda yeni məlumat – Üstünlük bu ailələrə veriləcək

Həmçinin oxu

İqtisadiyyat

AQC Milli Mətbuat Günündə media nümayəndələri ilə görüş keçirib – FOTOLAR

No Comment
23 baxış
Baxış bucağı

Mətbuatımızın 151-ci ilinə kiçik qeydlər - Əsgər İsmayılov yazır

No Comment
132 baxış
Media

Qələmin qızıl xətti: Fövqəladə təbiətin və ekstemal jurnalistikanın 151 illik salnaməsi

No Comment
137 baxış
Media

Milli mətbuat xalqın yaddaşı, cəmiyyətin vicdanıdır... - Qəvami Sadıqbəyli yazır

No Comment
96 baxış
Xebersiz.Media Xebersiz.Media

15 sentyabr 2025-ci ildən fəaliyyətə başlayan Xəbərsiz.media informasiya portalı Media Reyestrində qeydiyyatdan keçmiş onlayn media platformasıdır. Məqsədimiz operativ, dəqiq və analitik xəbərlərlə etibarlı informasiya məkanı yaratmaqdır.

Gündəm
Prezidentin səfir təyin etdiyi Rəşad Aslanov kimdir? – Dosye
Azərbaycanda 9 idarə ləğv edildi – RƏSMİ
Prezident onu Özbəkistana səfir göndərdi
İqtisadiyyat
Azərbaycan əhalisinin sayı artdı
Vüqar Oruc: “Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır”
Regionlarda daşınmaz əmlak bazarında fərqli mənzərə: Ən bahalı və ən ucuz rayonlar hansılardır?

Bölmələr üzrə

Baxış bucağı 807
Cəmiyyət 2168
Dünya 1234
Elm və təhsil 374
Gündəm 1261

Bütün müəllif hüquqları qorunur - 2026